Icma.az
close
up
RU
Orqanizmi təmizləyən, dərini gözəlləşdirən, xərçəngdən qoruyan TƏRƏVƏZ

Orqanizmi təmizləyən, dərini gözəlləşdirən, xərçəngdən qoruyan TƏRƏVƏZ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Qış aylarında bir tərəfdən soyuq hava, bir tərəfdən də mikroblarla savaşan immuniteti gücləndirmək lazımdır.

Xəstəliklərdən qorunmaq üçün həm də sağlam qidalanmaq önəmli şərtlərdən biridir. Orqanizmə faydalı olan qidalardan biri də kələmdir.

Ailem.az xərçəngin bir çox növünə qarşı faydası olan kələmin müalicəvi xüsusiyyətlərini sadalayır.

Tox tutma və toksinləri təmizləmə xüsusiyyətləri kələmin pəhriz siyahılarında yer almasını təmin edir. 100 qramında 25 kalori olan kələm, salat, zeytun yağlı tərəvəz xörəyi və şorba olaraq yeyilir. Xüsusilə kələm şorbası yemək həm maye azalmasını təmin edir, həm də tox tutur. Qış aylarında kələmin süfrələrdən əskik etməmək lazımdır. Tərkibində C, B və E vitaminlərindən əlavə, dəmir, potasium və maqnezium mineralları da olan kələm toksik maddələrin orqanizmdən atılmasına kömək edir. Antioksidant xüsusiyyəti ilə bir çox xəstəliklərdən qoruyur.

Çiy istifadəsi bağırsaqlara faydalıdır

Zəngin lif qaynağı olan kələmin mədə və bağırsaq xəstəliklərinə qarşı qoruyucu özəlliyi var. Bağırsaqların sağlıqlı işləməsini təmin edir, qəbizliyin qarşısını alır.

Toksinlərdən təmizləyir
Çiy olaraq salatını hazırlayıb yemək, ya da suyunu içmək sidikqovucu, toksin təmizləyici təsir edir. Həftədə iki gün yarpaqlarını isti suda qaynadaraq suyunu içmək toksin atmağa kömək edir. Güclü C vitamini qaynağı olan kələmin bu xüsusiyyətini itirməməsi üçün çox uzun müddət bişirməmək və təzə olaraq yemək lazımdır.

Salatı ilə sağlam nahar

Axşam yeməyini xəfif keçirmək istəyənlər kələm salatını pəhriz menyusuna rahatlıqla sala bilərlər. Nazik doğranmış kiçik bir kələmin içinə 2 orta boy kök rəndələyin, 1-2 diş sarımsaq, cəfəri və şüyüdlə 2 stəkan qatıq əlavə edərək, ləzzətli bir salat əldə etmiş olarsınız.

İmmuniteti gücləndirir

Kələmin tərkibində olan kükürd immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı qoruyur, sağalma zamanını sürətləndirir. Qastritə qarşı qoruyaraq, həzmi asanlaşdırır.

Dərini gözəlləşdirir

Kələm kükürd tərkibi sayəsində ekzema, sədəf kimi dəri xəstəliklərində sağalma müddətinə fayda verir. Bədəndə yığılan zəhərli toksinlərin bayıra atılmasını təmin edərək dərinin gözəlləşməsinə dəstək olur.

Xərçəngə qarşı qoruyucu özəlliyi var

Güclü antioksidant xüsusiyyəti sayəsində qış xəstəliklərindən xərçəngə qədər bir çox xəstəliyə faydası olan kələm qaraciyər yağlanması və piylənmənin də qarşısını alır. Bədəni toksinlərdən təmizləyərək, bağırsaq, mədə və ağciyər xərçənginə qarşı qoruyur. Son illərdə aparılan araşdırmalar prostat xərçənginə qarşı qoruyuculuğunu ortaya qoyur. Kələmin həftədə iki gün yeyilməsi məsləhət görülür.

Ürəyi qoruyur

Potasium tərkibi sayəsində yüksək qan təzyiqinə qarşı da təsirli olan kələm ürək damarlarının tıxanmasını əngəlləyərək, ürək xəstəliklərinin qarşısını alır. Tərkibindəki mineralları itirməməsi üçün bişirmə suyunun tökülməməsi, şorba olaraq, ya da suyunu içərək istehlak edilməsi məsləhət görülür.

Selülitləri azaldır

Sidikqovucu xüsusiyyəti sayəsində bədəndən toksinlərin atılmasını təmin edən kələm sellülitlərin azalmasına kömək edir. Qadınların menstruasiya dönəmlərindəki hormonal qaynaqlı şişkinliklərində də kələm suyu, ya da şorbasının istifadəsi şişliyin atılmasına fayda verir, bu dönəmin daha rahat keçməsinə şərait yaradır.

Sümük və əzələni gücləndirir

Kalsium, potasium və maqnezium mineralları ilə zəngin olan kələm sümük və əzələni gücləndirir. 30 yaşına qədər sümüklərdə yığılan kalsium irəliləyən yaşlarda sümük əriməsi riskini azaldır. Yaşlılıq dönəmində də daha möhkəm sümüklərə sahib olmanı təmin edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri