Icma.az
close
up
RU
Orqanizminizdəki mikroblardan xəbəriniz var?

Orqanizminizdəki mikroblardan xəbəriniz var?

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Orqanizmimiz mikroblarla doludur. Mikrobların insan orqanizminə həm xeyri, həm də ziyanı var. Əsas odur ki, mikrobların miqdarı bərabər olmalıdır. İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.

Axşam.az xəbər verir ki, disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Bu xəstəliyə yaşlıların 90 faizində, uşaqlarınsa 95 faizində rast gəlmək mümkündür. Disbakterioz əsasən, nazik və yoğun bağırsaqda aşkarlanır. Nazik bağırsaqda disbakterioz sərbəst yox, hansısa bir xəstəlikdən sonra meydana gəlir. Yoğun bağırsağın disbakteriozu isə normal mikrofloranın müxtəlif səbəblərindən (orqanizmin müdafiə qüvvsinin zəifləməsi, həzm traktı xəstəlikləri, qeyri-düzgün qidalanma) baş verə bilər.

Yenicə doğulmuş körpələrdə disbakterioz xəstəliyinin yaranmasının bir neçə səbəbi var. Onlar arasında ananın körpəni gec əmizdirməsi, bağırsaq funksiyasının yetişməməsi ilkin sıradadır.

Disbakterioz zamanı bağırsaqda candida cinsinə aid olan şərti-patogen göbələkləri çoxalmağa başlayır. Bu zaman kökəbənzər uzun substansiyalar inkişaf edir. Nəticədə, həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və həzm olunmayan zülallar qana keçərək, immun sisteminə təsir göstərir.

Disbakteriozun səbəbləri:
¨ Antibiotiklər
¨ Hormonal dərmanlar
¨ Antidepressantlar
¨ Məbə xorası
¨ Kolit
¨ Konservləşdirilmiş ərzaqlar
¨ Keyfiyyətsiz ət

Disbakteriozun əlamətləri:
¨ İshal
¨ Steatoreya
¨ Çəkinin günü-gündən azalması
¨ Anemiya
¨ İştahasızlıq
¨ Qarında köp
¨ Ağızda xoşagəlməz dad
¨ Ürəkbulanma
¨ Ən ağır halda isə bağırsaq xorası meydana çıxır
¨ Saçların tökülməsi
¨ Aqressivlik
¨ Tez yorulma

Xəstəliyin fəsadları:
Müalicəsiz qalan xəstəlik daha da irəliləyərək, bir çox fəsadlar ortaya çıxarır. Xəstədə ekzema, bronxial astma, qaraciyər sirrozu, şəkərli diabet, allergiya kimi xəstəliklər əmələ gəlir. Hətta müalicəsiz qalan disbakterioz  yoğun bağırsaq xərçənginə də səbəb olur.

Profilaktikası:
Spirtli içki qəti qadağandır. Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir.

Diqqət! Diqqət!
Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.

Disbakterioz əleyhinə əla vasitə:
¨ Səhər və ya axşam bir diş sarımsaq yemək orqanizmin mikrob balansını tənzimləyir, disbakteriozun qarşısını alır.
¨ Bataqlıq zanbağından 10 qr., tikanlı murdarça qabığından 30 qr., nanə qurusundan 20 qr., gicitkən yarpağından 20 qr., zəncirotu kökündən 10 qr., pişikotu kökündən 10 qr. götürüb qarışdır. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1/2 stəkan qaynar suya töküb dəmlə. Gündə iki dəfə bu dəmləmədən iç.
¨ 20 qr. tikanlı murdarça qabığını, 20 qr. anisi, 10 qr. boymadərəni, 20 qr. sarpet xardalını, 30 qr. biyan kökünü qarışdır. Qarışığın üstünə 1 litr su tök. Məlhəmdən gündə 2 dəfə 1/2  stəkan iç.
¨ Mərsindən, dəmrovotundan, nanədən, qarağat yarpağından, öküzboğandan, qızıl çətirdən eyni miqdarda götürüb qarışdır. Bu qarışıqdan 0,5 litr qaynar suya 2 xörək qaşığı töküb, 1 gecə termosda saxla. Gündə iki dəfə, yeməkdən 30 dəqiqə əvvəl məlhəmdən yarım stəkan iç.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axsam.az
archiveBu xəbər 12 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri