Icma.az
close
up
RU
Qəhvənin ziyanından xəbəriniz var?

Qəhvənin ziyanından xəbəriniz var?

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Qəhvə ən sevilən içkilərdən biridir. Lakin son tədqiqatlar qəhvənin potensial zərərlərini ortaya qoyub. Zövqlə qəbul edilir, amma yan təsiri də az deyil.

Axşam.az xəbər verir ki, qəhvə dünyada milyonlarla insanın səhərlərini işıqlandıran, sosial mühitlərdə qəbul edilən və uzun illərdir məşhur olan bir içkidir. Lakin son illərdə qəhvənin həm faydaları, həm də potensial zərərləri ilə bağlı tədqiqatlar artıb.

Polşada aparılan tədqiqatlar göstərir ki, yaşlılarda həddindən artıq qəhvə istehlakı xroniki ağrıların artmasına səbəb olur, balıq istehlakının artması isə ağrının intensivliyini azaldır.

"The Independent" qəzetində dərc olunan xəbərə görə, Polşadakı universitetin alimləri qəhvə və balıq istehlakının ağrıya təsiri ilə bağlı tədqiqat aparıblar. Tədqiqatda 60-88 yaş arası 205 sağlam yetkindən iki il ərzində 10 ballıq şkala üzrə balıq və qəhvə istehlakı və ağrı intensivliyi barədə soruşulub. Qəhvə istehlakını artıranlar ağrı intensivliyində azaldanlarla müqayisədə 6,56 bal artım göstəriblər, yağlı balıq istehlakını artıranlar isə xroniki ağrı intensivliyində 4,45 bal azalma göstəriblər.

Digər tərəfdən, tədqiqatın nəticələrini şərh edərkən "ehtiyatlı olmaq" lazım olduğu və nəticələri təsdiqləmək üçün yeni tədqiqatların aparılmasının vacib olduğu qeyd edilib.

Qəhvə tərkibində kofein olduğundan, həddindən artıq istehlak ürək döyüntüsü, yüksək təzyiq və ürək ritminin pozulması kimi problemlərə səbəb ola bilər. Bu problemlər, xüsusən də ürək xəstəliyi olan insanlarda daha çox özünü göstərə bilər. Bundan əlavə, həddindən artıq və ya gecə vaxtı qəhvə istehlakı yuxusuzluğa səbəb ola bilər.

Mütəmadi olaraq həddindən artıq miqdarda qəhvə istehlak etmək kofeindən asılılığın inkişafına səbəb ola bilər. Bu halda kofein qəbulunu azaltmaq çətinləşir və baş ağrısı, qıcıqlanma və yorğunluq kimi çəkilmə simptomları yarana bilər.

Amma qəhvənin xeyirli təsiri də az deyil. 

Tərkibindəki kofein sayəsində qəhvə mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərir. Bu, yuxululuğun qarşısını alır, zehni ayıqlığı artırır və diqqəti cəmləşdirməyi asanlaşdırır. Nahar vaxtı özünüzü yorğun hiss etdiyiniz zaman bir fincan qəhvə sizi canlandıra bilər. Antioksidantlarla zəngin olan qəhvə bədəni sərbəst radikallardan qoruyur, hüceyrə zədələnməsini azaldır və potensial olaraq müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir.

Qəhvədəki kofein əzələlərə oksigen tədarükünü artırır və məşq zamanı daha yaxşı performans göstərməyə imkan verir. Bəzi tədqiqatlar göstərir ki, qəhvə istehlakı depressiya və narahatlıq simptomlarını yüngülləşdirə bilər. Kofein serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının ifrazını stimullaşdıraraq əhvalınızı yaxşılaşdıra bilər. Həmçinin deyilir ki, tez-tez səhərlər istehlak edilən qəhvə maddələr mübadiləsini gücləndirən təsirə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri