Icma.az
close
up
RU
“Orta Dəhliz Azərbaycanın strateji və iqtisadi imkanlarını daha da genişləndirəcək”

“Orta Dəhliz Azərbaycanın strateji və iqtisadi imkanlarını daha da genişləndirəcək”

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Sözügedən layihənin önəmi barədə Redaktor.az-a danışan siyasi analitik Lətif Şüküroğlu bildirdi ki, Orta Dəhliz Çindən başlayaraq Orta Asiya ölkələrindən keçib Avropa dövlətlərinə qədər uzanır və Orta Asiyadan sonra Azərbaycan ərazisindən keçərək Avropa dövlətlərinə yüklərin daşınmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bu marşrutun həm regional, həm də qlobal əhəmiyyəti var:

"Azərbaycan üçün bu, qitələrarası ticarətin təşkilinə xidmət etdiyinə, ölkəmizin logistika imkanlarını genişləndirdiyinə görə böyük strateji əhəmiyyət daşıyır. Həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri və türk dövlətləri üçün bu, faktiki nəqliyyat marşrutudur. Bu ölkələr üçün də onun çox böyük əhəmiyyəti var. O cümlədən Türkiyə və Avropaya çıxış marşrutu bu ölkələrin üzərindən keçdiyi üçün bu, həm logistika baxımından, həm də yükdaşıma həcmlərinin artması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu, regionda infrastrukturun inkişafına da ciddi təkan verəcək.

Hazırda Çindən Azərbaycana gələn yüklərin həcmi ildən-ilə artır. 2030-cu ilə qədər bu həcmin indiki səviyyə ilə müqayisədə üç dəfə artacağı gözlənilir. Təkcə 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında ticarət daşımaları 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu rəqəmlər cənab prezidentin Qazaxıstana səfəri zamanı da səsləndirilib. Orta Dəhlizin səmərəliliyi və rəqabətqabiliyyətli olması onun gələcəkdə daha geniş imkanlar təqdim edəcəyinə şərait yaradır. Bu potensial həm Azərbaycanda, həm də Mərkəzi Asiya və Türkiyə dövlətlərində mövcuddur. Bu ölkələr dəhlizin imkanlarından istifadə etməklə öz potensiallarını artıracaq, ticarət dövriyyəsi genişlənəcək. Nəticə etibarilə, bu proses ölkələrə, xüsusilə də Azərbaycana, yükdaşımalarından əldə edilən gəlirlərin artması şəklində fayda gətirəcək. Fikrimcə, növbəti 7-8 il ərzində bu gəlirlərin həcmi bir neçə dəfə artacaq".

Lətif Şüküroğlu əlavə etdi ki, tranzit daşımalarının və yük həcmlərinin artırılması məhz Orta Dəhliz xətti ilə həyata keçiriləcək daşımaların optimallaşdırılması hesabına mümkündür:

"Bu istiqamətdə Azərbaycan, Qazaxıstan və digər ölkələr arasında vahid tarif siyasətinin tətbiqi nəzərdə tutulur. Tariflərin optimallaşdırılması ilə yanaşı, limanların infrastrukturunun yenilənməsi də planlaşdırılır. Beləliklə, Avrasiya məkanında Azərbaycan ərazisi Mərkəzi Asiya ölkələrindən keçən bu tranzit xəttin əsas hissəsinə çevrilir. Bu da gələcəkdə Azərbaycanın böyük potensialından daha səmərəli istifadə etməsinə şərait yaradacaq. Bu potensial bu gün də mövcuddur və zaman keçdikcə daha da artacaq. Azərbaycan bu layihədə türk dövlətləri ilə birlikdə iştirak etməklə əhəmiyyətli iqtisadi və strateji faydalar əldə edəcək".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri