Icma.az
close
up
RU
Orta Dəhliz: Azərbaycanın iqtisadi inkişafında strateji marşrut və yeni imkanlar ŞƏRH

Orta Dəhliz: Azərbaycanın iqtisadi inkişafında strateji marşrut və yeni imkanlar ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Orta Dəhliz təkcə strateji nəqliyyat marşrutu deyil, həm də böyük iqtisadi potensiala malik bir layihədir. Bu dəhliz vasitəsilə Asiya ilə Avropa arasında yükdaşımaların həcmi ildən-ilə artır, Azərbaycanın tranzit gəlirləri yüksəlir, logistika və nəqliyyat sektoru isə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bəs Orta Dəhlizin Azərbaycan iqtisadiyyatına ümumi təsirini necə qiymətləndirmək olar?
Azərbaycan üçün Orta Dəhliz nəqliyyat sektorundan kənar hansı iqtisadi sahələrdə yeni imkanlar yarada bilər?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, hansısa bir limanda və ya dəmir yolu stansiyasında problem yarandıqda, bu, bütün zəncirə təsir göstərir:

“Orta Dəhlizin inkişafı hazırda ilkin mərhələdədir. Bu mərhələdə olmağımıza baxmayaraq, müəyyən artım müşahidə olunur. Kanal üzrə daşımalar artıq həyata keçirilir, lakin bu prosesin gələcəkdə daha sürətlə inkişaf etməsi vacibdir.

Yəni, Orta Dəhliz hələ formalaşma dövrünü yaşayır. Onun inkişafı təkcə Azərbaycanın daxilində həyata keçirilən layihələrlə məhdudlaşmır. Bu, regional əhəmiyyət daşıyan bir məsələdir. Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlər, eləcə də Mərkəzi Asiyadakı yük daşımalarında mövcud olan maneələrin aradan qaldırılması xüsusi önəm kəsb edir. Çünki hər hansı limanda və ya dəmir yolu stansiyasında yaranan problem bütün nəqliyyat zəncirinə təsir göstərir”.

İqtisadçı qeyd edib ki, Orta Dəhlizin inkişaf potensialı və perspektivləri olduqca genişdir.

İqtisadçı bildirib ki, Orta Dəhlizin inkişaf potensialı və perspektivləri olduqca genişdir:

“Birincisi, bu, ölkəyə tranzit gəlirləri gətirir. İkincisi, məşğulluq yaradır və iqtisadi aktivliyi artırır. Üçüncüsü, yerli sahibkarlar üçün yeni imkanlar açır. Dördüncüsü isə, bu dəhliz strateji və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.

Burada söhbət təkcə nəqliyyat sektorundan getmir. Orta Dəhliz həm də enerji dəhlizi, fiber-optik rabitə xətləri və digər kommunikasiya infrastrukturlarını əhatə edir. Yəni bu layihə həm neft və qaz daşımalarını, həm də elektrik enerjisinin ötürülməsini nəzərdə tutur.

Bu prosesdə iqtisadi islahatlar və təşviqlərlə yanaşı, dövlətlərarası münasibətlər də mühüm rol oynayır. Sadələşdirilmiş gömrük sistemlərinin tətbiqi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də həyata keçirilməlidir. Məsələn, bu təşviqlərin Zəngəzur dəhlizinin açılması ilə əlaqəsi var. Eləcə də, Qazaxıstanda bu istiqamətdə hansı addımların atılması vacibdir.

Beləliklə, Orta Dəhlizin tam formalaşması üçün bütün iştirakçı dövlətlər birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Yəni bütün çəkiclər eyni nöqtəyə vurmalıdır ki, Orta Dəhliz qlobal miqyasda rəqabətqabiliyyətli və davamlı nəqliyyat marşrutu kimi formalaşsın”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri