Orta Dəhliz üzrə vahid biznes platformasının yaradılması təklif olunur
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı-Gürcüstan Biznes Şurası Orta Dəhlizin inkişafı üçün vahid biznes platformasının yaradılmasını təklif edir.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə təşkilatın baş katibi Zviad Çumburidze yerli mediaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs noyabrın 20-də Tbilisidə səkkiz ölkədən nümayəndə heyətlərinin qatıldığı Qara dəniz platforması çərçivəsində keçirilmiş konfransda irəli sürülüb.
Çumburidze qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üçün açılan imkanların uğurla həyata keçirilməsi, Orta Dəhlizin Asiya və Avropa arasında yüklərin daşınması üçün əsas marşrutlardan birinə çevrilməsi dəhlizin bütün iştirakçı ölkələrinin maraqlarına uyğundur.
Baş katib platformanın yaradılması ilə bağlı iki işgüzar görüşün planlaşdırıldığını bildirib:
“Görüşlərdən biri Batumidə gələn ilin əvvəlində təşkil olunacaq. Daha sonra Qazaxıstanda böyük bir toplantı keçirmək istəyirik. Həmin toplantıya Qara dəniz platformasının bütün iştirakçıları qatılacaq və katiblik yaradılacaq. Platformanın təsisçiləri Qazaxıstan, Özbəkistan, Azərbaycan şirkətləri də ola bilər. Biz yekun nəticədə biznes üçün vahid platformanın formalaşdırılması üçün maksimum açıq olacağıq. Hər bir ölkədən bir və ya bir neçə biznes nümayəndəsi bu platformada təmsil oluna bilər. Məhz Orta Dəhlizin inkişafında iştirak edən şirkətlər və iş adamları gündəlikdə hansı problemli məsələlərin durduğunu daha yaxşı bilirlər”.
Baxış sayı:70
Bu xəbər 23 Noyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















