Icma.az
close
up
RU
Orta məktəblərdə süni intellekt dərsləri keçirilsin Ekspertdən TƏKLİF

Orta məktəblərdə süni intellekt dərsləri keçirilsin Ekspertdən TƏKLİF

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Süni intellekt artıq dünyanın əsas texnoloji sahələrindən biri halına gəlib və inkişaf etmiş ölkələr, texnologiya sahəsindəki önəmli dövlətlər bu istiqamətdə böyük layihələr həyata keçirirlər. Süni intellekt proqramları vasitəsilə müxtəlif layihələrin uğurla icra olunduğunu müşahidə edirik. Biz də qloballaşan dünyaya uyğunlaşmaq və inkişaf etmiş ölkələrdən geri qalmamaq üçün süni intellekt proqramlarından istifadə etməyə başlamalıyıq. Bunun üçün isə əsas addımı orta ümumtəhsil məktəblərində atmalıyıq. Süni intellekt dərslərinin tədris edilməsinə başlanması vacibdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev süni intellekt dərslərinin keçirilməsinin vacibliyindən danışarkən bildirdi.

Onun fikrincə, ali təhsil müəssisələrində süni intellekt ixtisasları açılmalıdır:

"Məsələn, hal-hazırda kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter elmləri kimi ixtisaslarla yanaşı, keçən il data analitika ixtisası da açılıb. Düşünürəm ki, bu tədris ilində süni intellekt ixtisasının da açılması müsbət addım olar. Süni intellekt proqramlarının tətbiqi və bu sahədə layihələrin icrası məqsədilə ali təhsil müəssisələrində müvafiq ixtisasların açılması mütləqdir. Orta ümumtəhsil məktəblərində süni intellekt dərslərinin tədrisi də vacibdir. 5-ci sinifdən etibarən şagirdlər bu sahə barədə məlumatlı olmalı, ali təhsil müəssisəsində seçim edəcəkləri ixtisasın təməlini məhz burada qoymalıdırlar".

Mütəxəssis qeyd etdi ki, gənclərimizdə bu sahədə böyük potensial var və bu potensialı inkişaf etdirmək üçün orta ümumtəhsil məktəblərində süni intellektin tədrisi lazımdır:

"Bu dərslər ya informatika fənninin bir hissəsi olaraq, ya da ayrı bir fənn kimi tədris olunmalıdır. Gənclərimizin süni intellektlə bağlı müxtəlif layihələrdə iştirak etdiyini görürəm və bu, müsbət bir göstəricidir. Əgər biz bu sahənin tədrisinə daha erkən yaşlardan başlayarıqsa, gənclərimizdə bu sahəyə maraq artacaq və qloballaşan dünyaya uyğunlaşmaq üçün kadrlarımız formalaşacaq. Texnologiyalar dövrü, kompüter və informasiya texnologiyalarının genişləndiyi bir dövrdür. Dövlət xüsusən kompüter yönümlü ixtisaslara böyük maraq göstərir və hər il bu ixtisasların sayını artırır. Bu, həmin sahəyə olan dövlət marağının göstəricisidir. Hər il dövlət sifarişli ixtisasların plan yerlərinin artırılması, bu sahədə kadr hazırlığının gücləndirildiyini göstərir. Orta ümumtəhsil məktəbində bu marağı yaratsaq, yaxın gələcəkdə bu sahəyə aid kifayət qədər potensiallı gənclər yetişdirəcəyik", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri