Icma.az
close
up
RU
Orta məktəbdə süni intellekt dərslərinə keçid mütləqdir Ekspertdən TƏKLİF

Orta məktəbdə süni intellekt dərslərinə keçid mütləqdir Ekspertdən TƏKLİF

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni tədris ilinə dair keçirilən birifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, süni intellekt spesifik sahədir və 2027-2030-cu illər üzrə təhsil və süni intellekt nazirliyin aparıcı strategiyası olacaq.

Süni intellekt təhsilin inkişafına necə təsir edəcək?

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a danışarkən bildirdi ki, süni intellekt bir çox sahələri geridə buraxaraq həyatımızın bir parçasına çevriləcək:

"Məhz buna görə də süni intellekt istiqamətində mütləq tədris prosesimizi ona uyğun həyata keçirməyə çalışmalıyıq. Mənim hətta təklifim var idi ki, orta məktəbdə süni intellekt dərslərinə keçid mütləqdir. Yaxın günlərdə cənab nazir tərəfindən açılışı elan olunan Süni İntellekt Akademiyası fəaliyyətə başladı. Məhz buna görə də biz gələcəkdə ali təhsil müəssisələrində süni intellekt dərsləri keçməyi planlaşdırırıqsa və bu proses inteqrasiya olunacaqsa, orta məktəbdən artıq bunun təməllərini qoymağa başlamalıyıq.

Əgər nəzərə alsaq, 8-10 il sonra süni intellekt demək olar ki, bütün sahələri əhatə edəcək, ona görə də biz buna hazırlıqlı olmalıyıq və indidən uşaqlarımızı, gənclərimizi bu proqrama uyğunlaşdırmağa çalışmalıyıq".

Ekspertin fikrincə, süni intellekt dərslərinin orta məktəbdə tədrisi gələcək üçün uşaqlarımızda bu sahənin təməllərini formalaşdıracaq:

"Çünki süni intellekt yalnız ali təhsil müəssisəsində öyrədildiyi halda, gənclərimizin ona rahatlıqla inteqrasiya etməsi çətin ola bilər. Buna görə də onun təməli orta məktəbdə qoyulmalıdır. Hamımız bilirik ki, bir çox sahələri, ixtisasları və fəaliyyətləri artıq süni intellekt əvəz edəcək. Məhz buna görə də cəmiyyət olaraq biz də dünya ilə ayaqlaşmağa çalışmalıyıq. Artıq bir neçə istiqamət üzrə dünyada süni intellekt və robot texnologiyaları inkişaf etdirilir, bu da yaxın 8-10 il ərzində bütün sahələrdə öz təsirini göstərəcək. Ona görə də biz də təməlləri orta məktəbdə ataraq, tədricən ali təhsil müəssisələrinə və gələcək iş perspektivlərinə süni intellektin təsirini əks etdirməyə çalışmalıyıq".

R.Nurəliyev qeyd etdi ki, biz süni intellektin dünyada böyük sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq.

"Yaxın 8-10 ildə süni intellekt dövrü başlayacaq. Bəlkə də dövlətlər bu istiqamətdə bir-biri ilə yarışacaq. Biz də bu yarışdan kənarda qalmamaq üçün mütləq süni intellekti təhsil proqramımıza əlavə etməliyik. Əgər bu təməlləri orta məktəbdə qoymasaq, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik.

Buna görə də düşünürəm ki, ən gec yeddinci sinifdən başlayaraq - hətta beşinci və ya altıncı siniflərdən də ola bilər, - şagirdlərimizə süni intellekt dərsləri orta ümumtəhsil məktəblərində mütləq keçirilməlidir", - deyə o, təklif etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri