Icma.az
close
up
RU
Süni intellektin tədrisi orta məktəbdən başlamalıdır Ekspertdən TƏKLİF

Süni intellektin tədrisi orta məktəbdən başlamalıdır Ekspertdən TƏKLİF

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib ki, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə süni intellekt ixtisası üzrə peşəkarlıq artırılmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rasim Həsənzadə bildirdi ki, müasir dövrdə elm və texnologiya sürətlə inkişaf edir və bu ali təhsil sahəsində də özünü göstərir.

Onun sözlərinə görə, əmək bazarının tələbləri artıq yalnız yüksək bilik səviyyəsi ilə məhdudlaşmır, artıq universitet məzunlarından həm də praktik bacarıqlara və səriştərələ malik olması tələb olunur:

"Süni intellektin peşəkar mühitdə tətbiqi isə hər keçən gün genişlənir və bu, universitetlərdə yeni ixtisasların yaradılmasını zəruri edir. Bu gün universitetlər yalnız ənənəvi təhsil müəssisəsi rolunu daşımamalıdır. Onlar artıq öyrənmə üçün müasir mühitlər yaratmalı, tələbələrin əmək bazarının tələblərinə cavab verən bacarıqlarını inkişaf etdirməlidirlər. Bu baxımdan, süni intellekt və onun tətbiq sahələri ilə bağlı tədris proqramlarının yenilənməsi, müəllim heyətinin peşəkarlığının artırılması və təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması vacib məsələlərdən biridir".

Mütəxəssisin fikrincə, süni intellekt sahəsində yeni ixtisasların yaradılması təkcə kompüter elmləri və texniki fənlərlə məhdudlaşmır:

"Bu həm də sosial və təbiət elmlərini də əhatə edir. Ali məktəblər tələbələrə yalnız texniki biliklər deyil, həmçinin analitik düşüncə, layihə idarəetmə və innovativ bacarıqlar öyrətməlidirlər. Bununla yanaşı, süni intellektin tətbiq sahələrini praktik məşğələlər və laboratoriya işlərinə daxil etmək tələbələrin real problemləri həll etmək bacarıqlarını gücləndirir. Müəllimlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin tətbiqi və tədris metodlarının təkmilləşdirilməsi də vacibdir. Müasir texnologiyaların sürətlə dəyişməsi müəllimlərin davamlı öyrənməsini tələb edir. Eyni zamanda, dərsliklər və tədris materialları da sürətlə yenilənməli, müasir metod və yanaşmalar əsasında hazırlanmalıdır. Bu, tələbələrin dünya standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsini təmin edir. Müşahidələrimə əsasən deyə bilərəm ki, bir çox universitetimiz bu sahədə müəyyən işlər görür".

Rasim Həsənzadə hesab edir ki, süni intellekt sahəsində tədrisin gücləndirilməsi yalnız ali məktəblərdə deyil, ümumtəhsil məktəblərindən başlayaraq ilkin hazırlığı da əhatə etməlidir:

"Bununla təhsilalanlar daha erkən yaşda texnologiya və süni intellektlə tanış olur, gələcəkdə daha ixtisaslaşmış və rəqabətə qabiliyyətli mütəxəssislər kimi formalaşırlar. Nəticə etibarilə, süni intellekt sahəsində yeni ixtisasların yaradılması və tədrisin gücləndirilməsi yalnız tələbələrin bacarıqlarını artırmaqla kifayətlənmir, eyni zamanda ölkəmizin rəqəmsal transformasiyasına, innovasiya ekosisteminin inkişafına və ali təhsilin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Düşünürəm ki, ali məktəblərin bu istiqamətdə atacağı addımlar strateji əhəmiyyət kəsb edir və gələcək karyera perspektivləri, texnoloji bacarıqlar və innovativ düşüncənin inkişafında mühüm rol oynayacaq".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri