Icma.az
close
up
RU
“Ortaq tariximizlə bağlı filmlərə ehtiyac var...”

“Ortaq tariximizlə bağlı filmlərə ehtiyac var...”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış türkiyəli jurnalist və kinomenecer Menderes Dəmir bu qənaətdədir

Əvvəlcə qonağımız barədə qısa bilgilər: Menderes Dəmir istedadlı jurnalist və kinomenecerdir. Ankarada nəşr olunan “Həsrət” qəzetinin redaktoru və naşiridir. Son illər həvəslə, yorulmaq bilmədən türk kino sənətinin, eləcə də bu sahədə çalışan istedadlı və ünlü sənətçilər barədə yazır. Eyni zamanda, Türkiyədə və türkdilli dövlətlərdə istehsal olunan bədii və sənədli filmlərin təbliği və təşviqində fəal iştirak edir. Bir çox populyar sənədli filmin ssenari müəllifidir.

M.Dəmir bir neçə il öncə isə “Türk Dünyası Qəzetçilər Federasiyası”nın baş direktoru seçilib. Onun sözlərinə görə, qurumun əsas missiyası türkdilli xalqların tarixi, mədəniyyəti, incəsənəti, həmçinin həyat tərzi, qayğı və problemləri ilə bağlı filmlərə informasiya dəstəyi verməkdir.

Menderes bəy əvvəlcə Bakıya budəfəki gəlişinin səbəbini açıqladı:

– “Türk Dünyası Qəzetçilər Federasiyası”nın fəaliyyətinin əsas istiqamətlərindən biri, əslində, elə birincisi türk sənədli filmlərinin böyük coğrafi ərazidə yayılmasına nail olmaqdır. Qeyd etmək istəyirəm ki, bu, müasir qlobal informasiya mücadiləsi dönəmində çox vacib amildir. Bu, həm də milli identikliyimizi və mənəvi-əxlaqi dəyərlərimizi qoruyub saxlamaq üçün də vacib amildir.

Məlumdur ki, bədii və sənədli filmlərin cəmiyyətin mənəvi intibahına böyük təsiri olur. Bir daha vurğulayıram: Amacımız qədim və zəngin türk mədəniyyətini bədii və sənədi filmlər vasitəsilə bütün dünyaya tanıtmaqdır.

– İlk türk sənədli filmlər festivalının təşkilindən 10 ilə yaxın vaxt keçir. Bu ilin sentyabrında Ankarada yubiley festivalı olacaq. Bu əlamətdar hadisə ilə bağlı hansı hazırlıq işləri görülür?

– Hər il böyük uğurla təşkil olunan bu festivallar, ilk növbədə, yaradıcılıq hesabatıdır. Biz bir-birimizin uğurlarına sevinir, yeni hədəflər ortaya qoyuruq. Ötən festivalda, məsələn, türkün mənəvi gücü, qüdrəti barədə “Biz” adlı gözəl bir bir sənədli film nümayiş olundu. Əsər yüksək mükafata layiq görüldü. Festivalda Qarabağla bağlı filmlər də uğurla nümayiş olunur.

Yubiley festivalında isə 200-ə yaxın filmin nümayişi gözlənilir. Yeri gəlmişkən, iştirakla bağlı müraciətlər festivalın təşkilat komitəsi tərəfindən avqustun sonunadək qəbul ediləcək.

– Menderes bəy, qədim və çağdaş türk tarixinin, mədəniyyətinin, bütövlükdə sivilizasiyasının müasir kino təcəssümü sizi qane edirmi?

– Bu, bir həqiqətdir ki, türkdillli xalqlar arasında ədəbi, mədəni, ticarət əlaqələri əsrlər boyu olub. Bu gün isə bu proses daha da intensivləşib. Həyat bizi yeni çağırışlar qarşısında qoyub. Belə ki, bu gün türk xalqlarının mənəvi birliyinə son dərəcə böyük ehtiyac var. Milli kino sənətimiz bu istiqamətdə çox iş görə bilər və görməlidir.

Xoşbəxtlikdən, Türkiyə kinematoqrafı hazırda özünün intibah dönəmi yaşayır. Bu, müasir dünyada gedən kəskin milli, ideoloji mübarizə dönəmində həm də yumşaq güc deməkdir. Bədii və sənədli, tam və qısametrajlı filmlər vasitəsilə biz, ilk növbədə, türk xalqları arasında mənəvi bağları daha da gücləndirə bilərik və bunu etməyə borcluyuq. Böyük Atatürk deyib ki, “öz mənəvi dəyərlərini qoruya bilməyən xalqlar yad mədəniyyətlərin yeminə çevrilirlər”. Bu, böyük həqiqəti heç vaxt unutmaq olmaz!

– Bildiyimizə görə, siz Azərbaycanın heyranlarındansınız. Çoxsaylı müsahibələrinizdə bu barədə ürəkdolusu söz açıbsınız. Düşünürəm ki, Azərbaycanın son illərdəki uğurları sizi çox sevindirir...

– Bunlar təkcə uğur deyil, tarixi zəfərlərdir. Azərbaycan Prezidenti sayın İlham Əliyevin lideri olduğu müstəqil Azərbaycan təkcə Qafqazda deyil, bütün regionda böyük strateji gücə, yüksək mədəni və siyasi əlaqələrə malik olan güclü bir ölkədir.

Ulu öndər Heydər Əliyev “İki dövlət, tək millət” ifadəsi ilə Azərbaycan və Türkiyəni bir millət kimi dəyərləndirmişdir. Yadımdadır, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının sammitində Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan “6 dövlət, tək millət” fikrini söyləyərək dahi siyasətçi Heydər Əliyevin səsləndirdiyi “2 dövlət, tək millət” ifadəsinə yeni bir dəyər qatmışdır.

Mən şəxsən “can Azərbaycanı” çox sevirəm. “Şəhərlər gözəli” Bakıda, Gəncədə, Şuşada dəfələrlə olmuşam, hər yerdə işgüzar əlaqələr qurmaqla bərabər, çox sayda əsl, həqiqi, necə deyərlər, ürək dostları qazanmışam. Bu illər ərzində bizimlə birgə çalışan Azərbaycan Mətbuat Şurasının sədri olmuş, hazırda isə “Xalq qəzeti”nin redaktoru Əflatun Amaşovla bu festivalın 10-cu ildönümünün yüksək səviyyədə işıqlandırılması üçün müəyyən işlər görməyi düşünürük.

– Türk dövlətləri kinematoqrafları milli birlik və həmrəyliyimizin tarixi ənənələrindən bəhs edən ortaq film, eləcə də filmlər çəkmək barədə düşünürmü?

– Böyük İsmayıl bəy Qaspıralının dediyi kimi, türklər dildə, fikirdə, əməldə bir olmalıdır. Türkün Əli bəy Hüseynadə, Əhməd bəy Ağayev, Yusif Akçuralı, Ziya Göyalp və sair böyük millət mücahidləri, mütəfəkkirləri var. Türk dövlətləri mediası onları tanıtmağa borcludur. Təəssüf ki, hələ də türk dünyasının ortaq mədəniyyəti, incəsənəti, tarixi və s. mövzulardan bəhs edən böyük sənət uğuru hesab ediləcək bir film ortaya qoya bilməmişik. Amma, buna ən yaxın vaxtlarda nail olacağıq.

Düşünürəm ki, belə bir film çəkməyin artıq zamanıdır. Məsələn, Səlcuq imperatorluğu dövründən bəhs edən ortaq bir film ərsəyə gətirmək mümkündür. Sizə bir sirr açım. Bu istiqamətdə də müəyyən işlər görülür.

Bura gəlməzdən əvvəl mən Azərbaycan Kinematoqrafçılar Birliyinə getdim, rəhbərliklə görüşüm oldu. Əvvəldə də qeyd etdiyim 10-cu film festivalı barədə müzakirələr etdik.

– Sizcə, Böyük Turan mədəniyyətinin təbliği və təşviqində türk dünyası mediasının üzərinə hansı vəzifələr düşür?

– Bu suala görə təşəkkür edirəm. Çox yerində soruşdunuz. Biz də qəzetçilər olaraq türk dövlətlərinin sərgilədikləri bu siyasi iradənin, gücün zirvəsinin şahidləriyik. Mətbuat Şurası, Türk Dövlətləri Qəzetçiləri Birliyi ilə bu siyasi uğurları hər zaman işıqlandırırıq və bu bizim vətəndaşlıq borcumuzdur.

Qürurverici haldır ki, son illər türk bədii və sənədli filmləri bütün dünyada böyük şöhrət qazanmağa başlayıb. Zatən, kinematoqrafiya məhsullarının yayılma həcminə görə artıq biz Hollivuddan sonra 2-ci yerdəyik. Əlbəttə, əldə olunan uğurlarla kifayətlənmək olmaz. Bu prosesə yeni bir dinamizm vermək lazımdır. İnanıram ki, buna səriştə və hünərimiz yetər!

Söhbəti yazdılar:
Məsaim ABDULLAYEV,
Fidan SALMANOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri