Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Ortaq tarixdən ortaq gələcəyə ŞƏRH

Ortaq tarixdən ortaq gələcəyə ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu sırada Özbəkistanla münasibətlər strateji mahiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni məzmun qazandığının bariz təsdiqidir. Bu xüsusda imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə ikitərəfli əlaqələrin daha geniş miqyas aldığı şəksizdir. Lakin Azərbaycan–Özbəkistan münasibətlərində xüsusilə vurğulanmalı bir məqam da var: bu, elm və təhsil sahəsindəki birgə layihələrdir. Bu sahədəki əməkdaşlığın ən bariz nümunəsi isə işğaldan azad edilmiş Qarabağda həyata keçirilən layihədir. Qarabağın bərpasına göstərdiyi yardıma görə Özbəkistan Prezidentinə xüsusi təşəkkürünü bildirən Prezident İlham Əliyev bu ölkənin bu sahədə ilkə imza atdığını vurğulayıb:
“Öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Özbəkistan Prezidenti dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə birlikdə onun açılışında iştirak etmişəm. Məktəb özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakı səfərinin yekunlarına dair mətbuata verdiyi bəyanatda bu barədə dedikləri də çox önəmlidir:
“İndicə Qarabağ haqqında söhbət açıldı. Füzulidə məktəb tikməyə başlayanda biz Azərbaycan layihələrinə layiq olmalı idik. İstəyirdik ki, bu, uşaqlar üçün ən gözəl yer olsun. Fikrimcə, buna nail olduq, çünki açılış zamanı uşaqların gözlərindəki sevinci gördüm və bu, bizim birlikdə nail olduğumuz ən böyük işdir”. Azərbaycan və Özbəkistan arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə daha da dərinləşir. Monolitliyi ilə seçilən ikitərəfli münasibətlərin gələcək inkişafının möhkəm təməli, ilk növbədə, elm və mədəniyyət sahələridir. Tam əminliklə demək olar ki, eyni soy-kökə və qədim tarixə əsaslanan Azərbaycan–Özbəkistan dostluğu çağdaş dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf edir. Bu günə qədər iki ölkə arasında 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə imzalanıb. Bu sənədlər əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Azərbaycanın Özbəkistan, eləcə də Mərkəzi Asiyanın digər ölkələri ilə getdikcə güclənən əməkdaşlığı yalnız ölkələrimizin və xalqlarımızın deyil, bütövlükdə Türk dünyasının inkişafına da əhəmiyyətli töhfələr verir. Azərbaycanla Özbəkistanı yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də tarixi köklər, ortaq mədəni və dini dəyərlər birləşdirir. Hər iki xalq əsrlər boyu bir-birinə dayaq olub. Əlişir Nəvainin Nizami Gəncəvidən ilham alması, Bakıda inşa olunmuş Buxara karvansarası, Qarabağdan çıxmış Yusif ibn Məhəmmədcan Qarabağinin Səmərqənddə dəfn olunması kimi faktlar ortaq yaddaşın göstəriciləridir. İki ölkə daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Özbəkistan 2008-ci ildə Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı BMT qətnaməsinin lehinə səs verən yeganə Mərkəzi Asiya dövləti olub. 2021-ci ildə Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Prezident Mirziyoyev Azərbaycanı Qarabağın azad olunması münasibətilə təbrik edib. Füzulidə inşa edilən və 2023-cü ildə açılışı olan Mirzə Uluqbəy adına məktəb bu qardaşlığın əyani ifadəsidir. Hazırda Azərbaycan və Özbəkistan arasında imzalanmış 170-dən çox sənəd və liderlər arasında mövcud olan yüksək səviyyəli etimad münasibətləri gələcək əməkdaşlığın daha da möhkəmlənəcəyinə zəmanət verir. Eyni soy-kökə və ortaq tarixə əsaslanan Azərbaycan–Özbəkistan əlaqələri bu gün Türk dünyasının həmrəyliyinə də real töhfə verir. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan–Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət və rəsmi səfərlərlə yanaşı, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Şübhəsiz ki, bu qardaşlıq münasibətləri gələcəkdə də davam edəcək.
Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri