Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Ortaq təhlükəsizlik, ortaq maraqlar ŞƏRH

Ortaq təhlükəsizlik, ortaq maraqlar ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik məsələlərinə dair yanaşmaları təşkilatın beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin artması, üzv və müşahidəçi ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də regional və qlobal təhlükəsizlik çağırışlarına birgə yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı il sentyabrın 17-də Prezident İlham Əliyev DT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində keçirilib.

Dövlətimizin başçısı çıxışında Türk Dövlətləri Təşkilatının artıq geniş beynəlxalq nüfuza malik mühüm platformaya çevrildiyini vurğulayıb. Prezident İlham Əliyevin fikirlərindən aydın olur ki, təşkilatın gündəliyi yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, beynəlxalq təhlükəsizlik, nəqliyyat, enerji, multikulturalizm, ticarət və humanitar əlaqələr kimi geniş istiqamətləri əhatə edir. Bu yanaşma TDT-nin fəaliyyətində təhlükəsizlik məsələlərinin digər əməkdaşlıq sahələri ilə qarşılıqlı əlaqədə nəzərdən keçirildiyini göstərir.

Azərbaycan Prezidentinin TDT ilə bağlı mövqeyinin mühüm istiqamətlərindən biri təşkilatın tarixi və institusional əsaslarının möhkəmləndirilməsidir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşü ilə əsası qoyulan əməkdaşlıq platformasının sonrakı illərdə genişlənməsi türk dövlətləri arasında siyasi dialoqun və qarşılıqlı fəaliyyətin yeni mərhələyə keçməsinə şərait yaradıb. Prezident İlham Əliyev TDT-nin mühüm məsələlərin həllində və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında öz potensialından istifadə etdiyini xüsusi qeyd edib.

Təhlükəsizlik məsələləri baxımından Azərbaycanın geostrateji mövqeyi də Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Azərbaycan Şərqlə Qərb, Şimal ilə Cənub arasında mühüm bağlantı məkanında yerləşir. Bu amil ölkənin nəqliyyat və enerji təhlükəsizliyi ilə yanaşı, Türk Dövlətləri Təşkilatı məkanında regional bağlantıların və təhlükəsizlik mexanizmlərinin inkişafında rolunu artırır. Dövlətimizin başçısı TDT-nin beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizlik sahəsində müsbət rolunun gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Enerji təhlükəsizliyi də bu yanaşmanın mühüm tərkib hissəsidir. Azərbaycan zəngin enerji resurslarına malik ölkə kimi dünya enerji bazarlarına etibarlı təchizatın təmin olunmasında iştirak edir. Eyni zamanda Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxarılması Türk dövlətləri arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edir. Bu baxımdan enerji marşrutlarının təhlükəsizliyi yalnız ayrı-ayrı dövlətlərin deyil, daha geniş regional əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyev Azərbaycanla TDT-yə üzv ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu da vurğulayıb. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müxtəlif sahələrdə əməkdaşlığı, həmçinin bir sıra ölkələrlə yaradılmış birgə investisiya fondları iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə yönəlib. Dövlət başçısının çoxsaylı qarşılıqlı səfərləri də türk dövlətləri arasında siyasi dialoqun intensivliyini göstərən amillərdən biri kimi qeyd olunub.

Türk Dövlətləri Təşkilatının təhlükəsizlik gündəliyində həmrəylik və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Ortaq etnik, dil, mədəniyyət və tarixi bağlar türk dövlətləri arasında əməkdaşlığın mühüm sosial-mədəni əsasını təşkil edir. Prezident İlham Əliyevin yanaşmasına görə, bu ümumi dəyərlər xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin inkişafına əlverişli zəmin yaradır. Prezidentin 17 sentyabr tarixli müraciətində də TDT-nin ortaq etnik köklər, dil, mədəniyyət və ənənələrə əsaslanan birlik və səmərəli qarşılıqlı fəaliyyət nümunəsi olduğu vurğulanıb.

Təhlükəsizlik sahəsində əməkdaşlığın əsas xüsusiyyəti isə müasir təhdidlərin xarakterinin dəyişməsi ilə bağlıdır. Prezident İlham Əliyev təhlükəsizlik şuralarının rəhbərlərinin qarşısında mühüm vəzifələrin dayandığını bildirərək, fikir və təcrübə mübadiləsinin mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Belə əməkdaşlıq dövlətlərin təhlükəsizlik sahəsində mövcud imkanlarını qiymətləndirməyə, potensial zəiflikləri müəyyənləşdirməyə və mümkün təhdidlərə qarşı koordinasiyalı yanaşmalar formalaşdırmağa imkan verir.

Prezident İlham Əliyevin 17 sentyabr tarixli müraciətində təhlükəsizlik sahəsində əməkdaşlığın konkret istiqamətləri də göstərilib. Burada beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər xüsusi qeyd olunur. Bu təhdidlərin bir çoxunun dövlətlərin ayrı-ayrılıqda imkanları çərçivəsində tam həllinin çətin olması təhlükəsizlik şuraları arasında koordinasiyanın əhəmiyyətini artırır.

Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik şuraları arasında müntəzəm görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə görüşlər təhlükəsizlik sahəsində təcrübə və məlumat mübadiləsi aparmağa, ortaq təhdid və riskləri müəyyənləşdirməyə, onların qarşısının alınması istiqamətində mümkün əməkdaşlıq mexanizmlərini müzakirə etməyə imkan verir. Azərbaycan Prezidentinin mövqeyində bu proses Türk dünyasında təhlükəsizlik əməkdaşlığının institusional əsaslarının gücləndirilməsi ilə əlaqələndirilir.

Ümumilikdə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik siyasətinə dair yanaşmalarında bir neçə əsas istiqamət diqqəti cəlb edir: türk dövlətləri arasında siyasi həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı təhlükəsizlik dialoqunun genişləndirilməsi, enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunması, müasir transsərhəd təhdidlərə qarşı koordinasiyanın gücləndirilməsi və təhlükəsizlik sahəsində ortaq yanaşmaların formalaşdırılması.

Bu yanaşma Türk Dövlətləri Təşkilatının fəaliyyətində təhlükəsizlik komponentinin getdikcə daha sistemli xarakter aldığını göstərir. Təhlükəsizlik Şuraları katiblərinin müntəzəm toplantıları isə bu istiqamətdə praktiki əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, belə əməkdaşlığın əsas məqsədlərindən biri ölkələrin və xalqların təhlükəsizliyinin, sabitliyinin və əmin-amanlığının möhkəmləndirilməsinə, eləcə də Türk dünyasının qlobal və regional çağırışlar qarşısında dayanıqlılığının artırılmasına töhfə verməkdir.

Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı
Azərbaycan Milli Konservatoriyası nəzdində

İncəsənət Gimnaziyasının müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri