Icma.az
close
up
RU
Ortaq türkcəni süni intellekt yaradır: Bəs dilçilər?

Ortaq türkcəni süni intellekt yaradır: Bəs dilçilər?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Süni intellekt vasitəsilə ortaq türkcə proqramı yaradılır”. 

Bunu yerli mediaya açıqlamasında Türk Dil Qurumunun (TDQ) sədri Osman Mert deyib. O qeyd edib ki, üzərində iki ildən çoxdur iş aparılan sözügedən proqramın təxminən il yarım ərzində sistemli şəkildə tətbiq olunması planlaşdırılır: 

"Daha sonra Azərbaycan da daxil olmaqla, hər bir türk dövlətində koordinasiyalı şəkildə işlədiləcək eyni model və metodologiyaların tətbiqi nəzərdə tutulur". "Yəni ayrı-ayrı milli modellər inteqrasiya edilərək ortaq və daha güclü süni intellekt platforması formalaşdırılacaq. 

Bu yanaşma nəticəsində türk dünyasının ümumi bilik bazası vahid intellektual sistemdə cəmləşəcək. Beləliklə, inteqrasiya prosesi reallaşacaq və effektiv məlumat mübadiləsi mümkün olacaq", - O. Mert bildirib. 

Süni intellektin ortaq türkcə yaradılması prosesinə cəlb olunması nə dərəcədə zəruridir? 

Bu işi ənənəvi dilçilik üsulları ilə görmək mümkün deyildimi?

Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirib ki, tətbiq olunacaq proqram Türkiyə başda, Azərbaycan da daxil olmaqla bütün türk dövlətlərində müvafiq ardıcıllıqla tətbiq ediləcək: 

"Tətbiq olunan model və metodologiyaların uğurlu ortaq layihələrin həyata keçirilməsinə, istər klassik ədəbiyyat abidələrinin tətbiqi, istərsə də müasir dövrdə materialların paralel və sürətli şəkildə həllinə öz töhfəsini verəcəyi gözlənilir. 

Tarixən dilimizin və türk dillərinin inkişafını izləyəndə, əvvəlki və sonrakı tədqiqatlarda da türkoloqlar adətən müxtəlif türk dillərini müqayisə edərək ortaq xüsusiyyətləri müəyyənləşdiriblər, müqayisələr aparıblar və müvafiq mövzuya uyğun tədqiqatlarını icra ediblər. Bu gün də ənənəvi üsullardan, ənənəvi dilçilik metodlarından, klassik üsullardan istifadə olunur. 

Yeni müqayisəli dilçilik, etimoloji araşdırmalar, sahə tədqiqatları vasitəsilə ortaq söz bazasını və qrammatik çərçivəni nəzərə almaqla qurmaq mümkündür".

Onun sözlərinə görə, sadəcə süni intellektin burada tətbiqi ərazi və məkan olaraq bir sıra prosesləri eyni vaxtda paralel şəkildə görmək deməkdir: 

"Türk dilləri çox geniş coğrafiyanı əhatə etdiyi üçün Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və s. türk dillərinə xas olan dialekt fərqləri və terminoloji ayrılıqlarının çoxluğu, həmçinin dilin daimi dəyişən olması, qloballaşma prosesində texnologiyanın və sosial medianın təsiri ilə dəyişkən dil materiallarının çox sürətli toplanması baxımından onları müqayisə etmək baxımından süni intellekt bunu asanlaşdıracaq, əlçatan edəcək. 

Yəni ənənəvi üsullarla bu qədər məlumatı toplamaq və uyğunlaşdırmaq uzun müddət apara bilər. Necə ki, yüzilliklər, onilliklər boyu bu tədqiqatlar aparılıb, eyni zamanda müəyyən bir dövrü əhatə edən təhqiqatlar prosesində həyata keçirilib. 

Süni intellektin üstünlüyü odur ki, böyük həcmdə dil materiallarını eyni vaxtda müqayisə və müşahidə edə bilir, tədqiqatı sürətləndirə bilir. Dialektlərarası uyğunluqları avtomatik şəkildə aşkar edir". 

Prosessor qeyd edib ki, burada məsələ yalnız prosesin sürətlənməsi və davamlı olaraq yenilənməsinin asanlaşması deməkdir: 

"Bu baxımdan, süni intellektin tətbiqi ortaq layihələr üçün ərazinin, məkanın və dil faktlarının çoxluğunu bir araya gətirmək, sürətli şəkildə tədqiqat aparmaq baxımından çox böyük rol oynayır. 

Biz düşünürük ki, sürətli, geniş və praktik olan süni intellekt tətbiq olunanda yenə də ənənəvi dilçilik metodlarından istifadə olunmaqla hər ikisinin düzgün şəkildə tətbiqi ilə bu məsələlər öz həllini tapacaq. 

Azərbaycan, Türkiyədə, Özbəkistanda və digər bütün türk dünyasında bu paralelliyi tez zamanda və effektiv şəkildə təmin etmək baxımından çox arzuolunan işlərin görülməsi mümkün olacaq". 

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: dilçilik Sevinc Əliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri