Icma.az
close
up
RU
Oruc tutarkən çox susamamaq üçün Nə etməli?

Oruc tutarkən çox susamamaq üçün Nə etməli?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda isə bu, qanın qatılaşmasına səbəb ola bilər. Ona görə imsakda və iftarda bəzi tədbirlər görmək lazımdır ki, çox susuzluq hiss olunmasın və qan qatılaşmasın. Bəs, oruc tutduğumuz dövrdə susama hissini necə azalda bilərik?

Milli.Az xəbər verir ki, Ramazan ayında elə qidalanmalıyıq ki, susuz qaldığımız vaxtda özümüzü yaxşı hiss edək. Bu, həm də növbəti günlərdə oruc tuta bilməyimiz üçün çox vacibdir.  

Yayda iftarla imsak arasında ən azından 3 litr, qışda isə 1 litr çiy su içilməsi məsləhət görülür. Bu, çay və meyvə şirələrinə aid deyil. Çünki onlar bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir.

İftardan sonra çox su içməyin. Gündəlik su ehtiyacımızı 8-10 stəkan suyu iftar və imsak arasında bölün. Sahurda ən çox 3 stəkan, iftardan sonra da hər saatbaşı 1-2 stəkan su içmək lazımdır.

Sahurda:

Yağlı və duzlu yeməkləri azaldın. Belə pendirlərdən də az istifadə edin. Qızartma yeməklərdən isə mütləq uzaq dayanın. Bu yeməklər su içmə ehtiyacını daha çox artırır. Mütləq sahura oyanın və yavaş-yavaş yeyərək ən az yarım saata bitirin. Tərkibində su nisbəti yüksək olan qidalara üstünlük verin. Bu qidaların həzmi yavaş olacağı üçün gün ərzində su ehtiyacınızı aradan qaldıracaq. Hədsiz çay və ya qəhvə içmək olmaz. Bir çoxları çayın susuzluğu aradan qaldırdığını düşünür. Bu, yanlış düşüncədir. Sahurda 4-5 zeytun yeməyiniz kifayətdir, daha artığı lazım deyil. Çox zeytun yemək susamağınıza səbəb olacaq.

İftarda:

İftar yeməyinə şorba, yaxud dovğa ilə başlamalı və sonra ən azı yarım saata qədər gözlənilməlidir. Uzun müddət boş olan mədəni birdən-birə yormaq olmaz. Bu, tez susama və müxtəlif narahatlıqların meydana gəlməsinə səbəb ola bilər. İftar yeməyindən sonra şirniyyatlardan çəkinin. Bunun əvəzinə bol sulu meyvələrdən istifadə edin. 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Fevral 2026 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri