Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Nə üçün oruc TUTURUQ?

Nə üçün oruc TUTURUQ?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslamın vacib ibadətlərindən biri də orucdur. Oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara mərhəmətli, səbirli və dözümlü olmağı öyrətməkdir.

Orucun əsas məqsədlərindən biri də insanları günah əməllərdən çəkindirməkdir. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz! Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz. (“əl-Bəqərə”, 183-185).

Oruc bütün dinlərdə, o cümlədən Brahmanizm, Yəhudilik və Xristianlıqda da mövcuddur. Brahmanlar nəfslərinin tərbiyəsi üçün ilin müəyyən günlərində və bayramlarda oruc tuturlar. Tövratda Musa peyğəmbərin (ə), İncildə İsa peyğəmbərin (ə) oruc tutduğu bildirilir: «Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım» (Daniel 9:3).

İsa peyğəmbər İncildə ardıcıllarına orucu Allah üçün tutmağı tövsiyə edir: «Oruc tutduğunuz zaman, ikiüzlülər kimi qaşaqbaqlı gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tutarlar. Doğursun sizə deyirəm: onlar mükafatlarını aldılar (Matta 6:16).

Oruc vacib buyurulmamışdan öncə müsəlmanlara oruc tutmaqda sərbəstlik verilmişdi. Onlar hər ay 3 gün oruclu olurdular. İmkanı olan tutur, olmayan isə ehtiyaclı insanlara yardım edirdi.

Məhəmməd Peyğəmbər (s) Mədinəyə hicrətdən sonra hər Aşura günü oruc tuturdu. Sonra hicrətin ikinci ili orucla bağlı Quran ayələri nazil oldu və oruc tutmağa gücü çatan bütün müsəlmanlara bu ibadət vacib edildi.

Allah-Taala oruc tutmağı bu ayda vacib edərək, Ramazan ayını müqəddəs aylardan biri etdi. Ramazanın mərhəmət, səbir, Allaha yaxınlaşma və günahlardan təmizlənmə, mərhəmət və ibadət ayı olduğu bildirildi. Allah-Taala möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə etdi.

Mübarək Ramazan ayını digər aylardan iki əsas cəhət fərqləndirir. Birincisi, Qurani-Kərim bu ayda nazil olub. Digəri isə oruc müsəlmanlara bu ayda vacib buyurulub.

İslam alimləri orucun müsəlmanlara vacib edilməsini əsasən üç amillə bağlayırlar. Birincisi oruc – Allaha ibadət, onun əmrlərini yerinə yetirmək, günahlardan çəkinmək məqsədi daşımalıdır. Məhəmməd peyğəmbər (s) Allah-Taalanın oruc haqqında belə buyurduğunu bildirib: «Oruc istisna olunmaqla, digər ibadətlər Adəm övladınındır. Oruc mənimdir, onun mükafatını mən verəcəyəm...».

Oruc – təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır. Yalnız arqılmaq və insanlara oruc tutduğunu göstərmək niyyəti ilə oruc tutmaq məqbul sayılmır.

Orucun müsəlmanlara vacib edilməsində digər hikmət – nəfsin tərbiyəsi, səbir və dözümlülüyün gücləndirilməsidir. Müsəlman səbirli, dözümlü və əzmkar olmalıdır. Oruc – müsəlmanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrədir.

Oruc – insana sevgi, mərhəmət və qayğı hissləri aşılayır. Oruc – insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa, imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını dadır və bu, insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir.

İnsan ona verilən nemətlərə görə Allah-Taalaya şükür etməldir. Bu nemətin qiymətini, onun Allah tərəfindən verildiyini dərk etmək və nemətə ehtiyacı hiss etməklə mümkündür. Ramazan ayı istisna olmaqla, digər aylarda insan həqiqi aclığı tam yaşamadığı üçün ona verilən nemətlərin dəyər və qiymətini bilmir.

Orucun insan sağlamlığına da bir sıra müsbət təsirləri vardır. Mütəxəssislər ilboyu dincəlmədən çalışan mədəyə istirahətin verilməsinin orqanizm üçün faydalı olduğunu, orucun qəlb, damar, şəkər xəstəliklərinə müsbət təsir göstərdiyini bildirirlər. Məhəmməd Peyğəmbər (s) orucun insan sağlamlığına müsbət təsirlərini müsəlmanlara çatdırmaq məqsədilə buyurub: «Oruc tutun ki, sağlam olasınız».

Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir. Uca Allah bütün dua və orucları qəbul etsin.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri