Orxan Bayramovla Uğur Yeniçerinin şirkəti üzüzə MƏHKƏMƏ
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qubadlı-Zəngilan su xəttinin çəkilməsini həyata keçirən “Emek Mühendislik” MMC şirkəti məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, sözügedən MMC ilə bağlı iddianı “Changan” avtomobil satıcısı “Azərbaycan Avtomobil Evi” qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər alqı-satqı müqaviləsi üzrə mübahisə yaşayır.
Qalmaqallı MMC ilə bağlı iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 10 fevral tarixində hakim Kənan Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Emek Mühendislik” MMC Qubadlı-Zəngilan su xəttinin çəkilməsində iştirak edən işçilərin əmək haqlarını vermədiyi üçün narazılğıa səbəb olmuşdu və işçilər MMC-nin inzibati binası qarşısında etiraz aksiyası keçirmişdi. Narazılıq yaradan şirkətin 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Uğur Yeniçeri və Sərdar Kayadır.
İddiaçı tərəf olan “Azərbaycan Avtomobil Evi” şirkətinin rəhbəri isə Orxan Bayramovdur.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən İbrahim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:300
Bu xəbər 15 Yanvar 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















