Orxan Nəzərli: Ötən il elektron kassalar üzrə dövriyyə 24,5 mlrd. manatdan çox olub
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Sosial yığımların toplanması üzrə səlahiyyətlər DVX-ə həvalə edildikdən sonra sosial daxilolmalar son 6 ildə 2,5 dəfə artaraq 5.7 milyard
manata yüksəlib.
“APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, hal-hazırda sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalaraq 17,5 faiz təşkil edir.
"Bu gün ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini ifadə edir. Son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb ki, bu kassalar üzrə 2024-cü ildə dövriyyə 24,5 milyard manatdan çox olub" - Xidmət rəisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















