Icma.az
close
up
RU
İqtisadiyyatın şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsi əhəmiyyətlidir Orxan Nəzərli

İqtisadiyyatın şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsi əhəmiyyətlidir Orxan Nəzərli

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan iqtisadiyyatının şəffaflaşmasında vergi sistemi, şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsi və nəticəyönümlü idarəetmə əhəmiyyətlidir.

525.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli Estoniyanın paytaxtı Tallində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) "Real vaxt iqtisadiyyatının inkişafı və vergi idarələri" mövzusunda 6-cı Beynəlxalq Konfransında "Azərbaycan Respublikasında vergi əsaslı iqtisadi fəaliyyət ölçüsünün tətbiqi" mövzusunda videoformat rejimindəki çıxışında bildirib.

O. Nəzərli Xidmətin mövcud baza məlumatlarından istifadə edilməklə iqtisadi aktivliyin ölçülməsi və iqtisadiyyatın şəffaflıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı həyata keçirilən layihə barədə məlumat verib. O, bildirib ki, iqtisadi fəallığın operativ ölçülməsi, artım tendensiyasının dinamik izlənilməsi, şəffaflıq səviyyəsinin davamlı qiymətləndirilməsi zərurəti getdikcə artır. Bu, idarəetmənin effektivliyinin yüksəldilməsi və əsaslandırılmış iqtisadi qərarların qəbuluna mühüm töhfə verir.

Təqdimatda layihənin əsas istiqamətləri, Xidmətin məlumat bazasından səmərəli istifadə ilə aparılan təhlillər, "Vergi əsaslı iqtisadi qiymətləndirmə" göstəricisinin hesablanması", "İqtisadiyyatın ağarması vəziyyətinin qiymətləndirilməsi" mərhələləri barədə ətraflı məlumat təqdim olunub. Layihə çərçivəsində beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq mühitində görülən işlər, aparılan təhlillər və təkmilləşdirmə tədbirləri diqqətə çatdırılıb. Eyni zamanda, iqtisadiyyatın şəffaflaşmasında vergi sisteminin rolu, şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsinin və nəticəyönümlü idarəetmənin əhəmiyyəti vurğulanıb.

Konfransın ilk günündə "Estoniyada real vaxt rejimində iqtisadi ekosistemin yaradılması", "Real vaxt iqtisadiyyatı və vergitutma üzrə beynəlxalq perspektivlər", "Real vaxt rejimində vergi əməletməsinə gedən yol: qabaqcıl təcrübələr və gələcəyə uyğun həllər", "Texnologiya və biznes perspektivləri", "Keçid keysləri və tətbiq mexanizmləri", "Biznesin cəlb edilməsi", "Təkmil data analizi və dəyişikliklərin idarə edilməsi" və "Real vaxt iqtisadiyyatı və gəlirlərin təminatı üzrə əməli nümunələr" mövzularında sessiyalar təşkil olunub.

Konfrans çərçivəsində "Real vaxt rejimində vergi əməletməsi həlləri" sərgisi təşkil edilib. Burada vergi əməletməsinin yüksəldilməsinə yönəlmiş müasir yanaşmalar və təcrübələr nümayiş olunur. Konfrans müddətində vergi administrasiyalarının real vaxt iqtisadiyyatının formalaşmasında rolu, bu ekosistemə dəstək və inkişaf perspektivləri müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri