Icma.az
close
up
RU
Orxan Nəzərli Özbəkistanda ikitərəfli görüşlər keçirdi

Orxan Nəzərli Özbəkistanda ikitərəfli görüşlər keçirdi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumunda iştirak üçün Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edib. 
Demokrat.az
xəbər verir ki, səfər çərçivəsində DVX rəisinin Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov və Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə qarşılıqlı əməkdaşlığın cari statusu və  yeni imkanlar müzakirə edilib.
Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov ilə görüş zamanı vergi sahəsində qarşılıqlı fəaliyyətin səmərəli nəticələri vurğulanıb. Qeyd edilib ki, ölkələrimizin vergi orqanları arasında əməkdaşlıq üçün yeni imkanlar  mövcuddur və işgüzar səfərlər ikitərəfli əlaqələrin dərinləşməsinə əhəmiyyətli töhfələr verir. DVX rəisi vergi inzibatçılığında yeniliklər, rəqəmsallaşma sahəsində tətbiq edilən innovativ həllər, könüllü vergi əməletməsinin təşviqi üçün mexanizmlər, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması üçün təcrübə mübadiləsinin faydaları barədə fikirlərini bölüşüb. Tərəflər arasında vergi inzibatçılığında data analitikanın tətbiqi, məlumat bazaları arasında inteqrasiya, vergi inzibatçılığının inkişafı üçün yeni texnoloji həllər barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkənin vergi orqanları arasında təcrübə mübadiləsinin davam etdirilməsi üçün işgüzar təmasların və müştərək təşəbbüslərin reallaşdırılması üçün yeni imkanlar nəzərdən keçirilib.
BVF-nin Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton ilə görüşdə əməkdaşlıq gündəliyinin cari vəziyyəti nəzərdən keçirilib. BVF-nin vergi inzibatçılığının təkmilləşdirilməsinə dair beynəlxalq araşdırmaları, hesabatları və TADAT kimi metodologiya sənədlərinin DVX tərəfindən təhlil edildiyi və diqqət mərkəzində saxlanıldığı vurğulanıb. DVX rəisi ölkəmizdə “kölgə iqtisadiyyatı” ilə mübarizə, şəffaflaşmanın artırılması və vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi ilə bağlı islahatlar üzrə son tədbirlər və əldə olunan nəticələr barədə BVF nümayəndələrini məlumatlandırıb. Bildirilib ki, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyası”nda təsbit olunan əsas fəaliyyət istiqamətləri vergi sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək. 
Görüşdə gələcək əməkdaşlığın qarşılıqlı maraq doğuran yeni istiqamətləri, perspektivli təşəbbüslər və müxtəlif vergi orqanlarının beynəlxalq tərəfdaşlığı üçün mümkün platformalar barədə fikir mübadiləsi aparılıb.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri