Orxan Nəzərli: Vergi orqanlarının fiskal yığımlardakı payı 77 % ə çatıb
Report.az saytına istinadən Icma.az xəbər verir.
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə toplanmış fiskal yığımlar 22,8 milyard manat təşkil edib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, bununla da rəhbərlik etdiyi qurumun bütün fiskal yığımlardakı payı 77 %-ə çatıb.
"Ötən il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 15,8 milyard manatdan çox olub", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, 2019-cu illə müqayisədə ölkədə aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 800 mini keçib.
Bu mövzuda digər xəbərlər:Orxan Nəzərli onları işdən çıxardı
23 Yanvar 2026 17:47
Vergi ilə bağlı dəyişikliklər strateji hədəflər əsasında edilib Orxan Nəzərli
06 Noyabr 2025 12:13
Orxan Nəzərli Özbəkistanda ikitərəfli görüşlər keçirdi
13 Mart 2026 17:25
Orxan Nəzərli: Kriptovalyutaların vergi siyasətinə inteqrasiyası yeni mexanizmlərinin formalaşdırılmasını tələb edir
20 Mart 2025 17:32
Orxan Nəzərli: Dövlət Vergi Xidməti iqtisadi proseslərə istiqamət verən instituta çevrilməlidir
05 Mart 2026 13:23
Baxış sayı:172
Bu xəbər 13 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















