Icma.az
close
up
RU
Vergi ilə bağlı dəyişikliklər strateji hədəflər əsasında edilib Orxan Nəzərli

Vergi ilə bağlı dəyişikliklər strateji hədəflər əsasında edilib Orxan Nəzərli

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vergi Məcəlləsindəki dəyişikliklər strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin gücləndirilməsi və kapital qoyuluşlarının artırılması ilə bağlı hədəflər nəzərə alınmaqla hazırlanıb.

Globalinfo.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Eyni zamanda, lahiyədə ölkə prezidentinin müvafiq fərman və sərəmcamlarından irəli gələrək, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin gənişləndilməsi kimi tapışırıqlar da nəzərə alınıb. Təkliflər layihəsi, həmçinin muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonraki dövrdə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asıllığın azaldılması və daxili bazarın qorunması, vergi nəzərətinin və şəffaflığın artırılması, eləcə də, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsini nəzərdə tutulur”, – deyə o qeyd edib.

O.Nəzərlinin sözlərinə görə, layihə 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişikliyi əhatə edir: “Lahiyənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyeklərinin vergi yükünün azaldılması, vergi daxil olmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzəriyyəti mexanizminin təkmilləşdirməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir.

Dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını – yerli avtomobil istehsalını, gəmiqayırmanı, neft-qaz sənayesini, dövlət-özəl tərəfdaşlığını, balıqçılığı, ictimai iaşəni və əmək bazarını əhatə edir. Bu istiqamətlər üzrə vergi siyasətinin çevikləşdirilməsi və güzəşt mexanizmlərinin tətbiqi iqtisadi aktivliyi artırmaq, ixrac potensialını genişləndirmək və dövlət gəlirlərinin sabitliyini qorumaq məqsədi daşıyır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri