Icma.az
close
up
RU
Oryol şəhərində “Turgenevlə Şərqə qeyriadi səyahət” adlı fotosərgi açılıb

Oryol şəhərində “Turgenevlə Şərqə qeyriadi səyahət” adlı fotosərgi açılıb

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İ.S. Turgenev adına Oryol Dövlət Ədəbiyyat Muzeyində (Oryol şəhəri, Rusiya) azərbaycanlı fotorəssam Rüstəm Hüseynovun əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “Turgenevlə Şərqə qeyri-adi səyahət” sərgisi Oryolda ənənəvi bayrama – bu şəhərdə dünyaya gələn, rus ədəbiyyatının klassiki İvan Sergeyeviç Turgenevin doğum gününə təsadüf edir. Rüstəm Hüseynov Azərbaycanın memarlığına və təbiətinə həsr olunmuş fotoşəkillərindən ibarət sərgini təqdim edib.

Rüstəm Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində layihə ideyasının necə yaranmasından, əsərlərin sərgiyə gələnlər tərəfindən necə qarşılandığından bəhs edib.

“İdeya Turgenev adına Oryol Dövlət Ədəbiyyat Muzeyinin əməkdaşlarında yaranıb. Onlar mənim əsərlərimi sərginin konsepsiyasına ən uyğun olan əsərlər kimi seçiblər. Mən bu təklifə həm təəccübləndim, eyni zamanda da ondan zövq aldım, o mənim üçün gözlənilməz oldu, - deyə fotorəssam söyləyir. Sərgi uğurla keçdi: sərgiyə gələnlər xüsusilə dağların və memarlığın təsvir olunduğu kadrları bəyəndilər. Onları ən çox Şirvanşahlar sarayı və İçərişəhər heyran etdi”.

Rüstəm Hüseynovun sözlərinə görə, o, sərgi üçün əsərlər seçərkən səyyahın gündəliyinə illüstrasiya kimi görünəcək ən maraqlı kadrları seçməyə çalışıb, eyni zamanda Azərbaycanın təbii və mədəni gözəlliklərinin bütöv obrazını yaratmağa çalışıb - axı sərgiyə gələnlərin çoxu heç vaxt Azərbaycanda olmayıb.

“Bu sərgi ölkəmizi gözəl təbiətdən tutmuş mədəni ənənələrə qədər bütün rəngarəngliyi ilə göstərir. Sərginin ideyası diqqəti ona çəkir ki, ölkəmizə maraq dünən yaranmayıb, o rus ədəbiyyatının klassiklərində çoxdan olub”.

Fotorəssam qeyd edib ki, İvan Turgenev uşaqlıqdan Şərqin - “möcüzələr diyarı”nın əsiri olub və onun kitab kolleksiyasından da göründüyü kimi Şərqin dahi şairlərinin yaradıcılığına maraq göstərib. Turgenevin ardınca onun həmyerliləri, rus ədəbiyyatının klassikləri A.Fet, N.Leskov, İ.Bunin, L.Andreyev və başqaları Şərqə ədəbi səyahətə çıxdılar.

Rüstəm Hüseynovun əsərlərindən ibarət sərgi 2025-ci il yanvarın 20-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri