Icma.az
close
up
RU
Peruda “Azərbaycanı kəşf et” adlı fotosərgi açılıb

Peruda “Azərbaycanı kəşf et” adlı fotosərgi açılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Perunun paytaxtı Limanda turistlərin ən çox ziyarət etdiyi Kennedi parkında “Azərbaycanı kəşf et” adlı fotosərginin açılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Miraflores rayonunun bələdiyyə başçısı Karlos Kanales Ançorena, Peru–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen Korel Kira Alkaraz Aqiero, diplomatik korpusun nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Miraflores rayonunun bələdiyyə başçısı sərginin əhəmiyyətindən danışaraq, bu təşəbbüsün Peru və Azərbaycan arasında mədəni dialoqun güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Perudakı səfiri M.Talıbov adından çıxış edən səfirliyinin nümayəndəsi Gültən Qafqazlı-Novruzova qonaqlara ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri, milli mətbəxi, musiqisi və rəqsləri barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen K.Alkaraz çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra qonaqlar fotosərgi ilə tanış olublar və onlara nümayiş etdirilən hər bir foto haqqında ətraflı məlumat verilib. Sərgidə Azərbaycanın təbiətinin gözəllikləri, tarixi abidələri, milli rəqsləri və mətbəxi əks etdirən fotolar yer alıb. Tədbir yerli ictimaiyyət və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Fotosərgi oktyabr ayının 31-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri