Icma.az
close
up
RU
Osakada Azərbaycan icması ilə görüşdə diaspor siyasəti və mədəni əməkdaşlıq müzakirə olunub

Osakada Azərbaycan icması ilə görüşdə diaspor siyasəti və mədəni əməkdaşlıq müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyanın Osaka şəhərində Azərbaycan icması ilə görüşüb. Görüşdə Yaponiyanın 10-dan çox şəhərində yaşayan soydaşlarımız və ölkəmizi sevən xaricilər iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Soydaşlarımıza Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin beynəlxalq miqyasda təntənəsinə göstərdiyi qayğı barədə məlumat verilib, diaspor fəaliyyəti sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarından danışılıb.

Nəzərə çatdırılıb ki, Osakada keçirilən “Expo 2025”-də Azərbaycanın təmsilçiliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunun qurulması ölkəmizin daha geniş arealda tanıdılması baxımından mühüm hadisədir və bu qədər əhəmiyyətli tədbir çərçivəsində icmamızla görüşün təşkili xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə icma ilə keçirilən görüşün əhəmiyyətinə diqqət çəkib və bu görüşlərin icma daxilində şəbəkələşmənin sürətlənməsinə təsirini müsbət qiymətləndirib.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Yaponiyadakı Azərbaycan icmasının gördüyü işlərdən, soydaşlarımızın cəmiyyətə uğurlu inteqrasiyasından və diaspor fəaliyyəti sahəsindəki birgə təşəbbüslərin əhəmiyyətindən danışıb.

Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov mədəniyyətimizin Yaponiyada tanıdılmasında soydaşlarımızın əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.

Yaponiyada yaşayan musiqiçi Gülnarə Səfərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Gülnarə Səfərova diaspor fəaliyyətinə görə təltif olunmaqdan böyük qürur hissi keçirdiyini bildirib.

Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş olunub.

Yaponiyadakı Azərbaycan icması ilə görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşüb, Yaponiyadakı icmaya göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.

İcma görüşü azərbaycanlı və yapon sənət adamlarının birgə iştirak etdiyi konsert proqramı ilə yekunlaşıb. Açıq havada təşkil olunan konsert proqramını “Expo 2025”-ə gələn yüzlərlə iştirakçı böyük maraqla izləyib. Azərbaycanlı və yapon sənətkarların ifasında səslənən milli musiqilərimiz, rəqslərimiz qəlb oxşayıb, tamaşaçılar arasında böyük coşqu yaradıb.

Konsert proqramı Azərbaycan və Yaponiyanın zəngin mədəniyyətini bir araya gətirən, ortaq dəyərlərə və dostluq münasibətlərinə həsr olunan, iki ölkə arasında mədəni əməkdaşlığa yeni nəfəs verən mədəniyyət bayramına çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri