Icma.az
close
up
RU
Osakada keçirilən “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olunub

Osakada keçirilən “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Osaka, 6 iyun, AZƏRTAC

Yaponiyanın Osaka şəhərində “Ekspo 2025” dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Günün açılışına həsr olunan tədbirdə Yaponiyanın “Ekspo 2025” üzrə səfiri, baş komissar Koji Haneda və Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov çıxış ediblər.

Koji Haneda Azərbaycanın Asiya ilə Avropa arasında vacib qovşaq rolunu oynadığını bildirib. “Ekspo 2025”də dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq yaradılan milli pavilyonun Yaponiya ictimaiyyətinə Azərbaycan mədəniyyətini, ölkənin inkişafını təqdim etdiyini deyib.

Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Azərbaycan ilə Yaponiya arasında uzun illəri əhatə edən dostluq və əməkdaşlıq tarixinin olduğunu diqqətə çatdırıb. O, 2000-ci ildə Hannoverdən başlayan Ekspoda iştirak yolunun bu gün Osakada davam etdiyini, Milan və Dubay dünya sərgilərində Azərbaycan pavilyonlarının mükafata layiq görüldüyünü, eyni zamanda, ən çox ziyarət edilənlər arasında olduğunu bildirib. Anar Ələkbərov ölkəmizin “Ekspo 2025”də iştirak müqaviləsini imzalayan ilk ölkə olduğunu və hazırda milli pavilyonun ən çox ziyarət edilənlər sırasında yer aldığını deyib.

Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Qonaqlar “Ekspo 2025”dəki Yaponiya və Azərbaycan pavilyonlarını ziyarət ediblər. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuz “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanır. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda, dialoqa açıqlığı nümayiş olunur. Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən “Dostluq ağacı” da yer alır.

Aprelin 13-dən fəaliyyətə başlayan və 184 gün davam edəcək Ekspoya 28 milyon ziyarətçinin gəlişi gözlənilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Osaka

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri