Icma.az
close
up
RU
Osakoda “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü oldu Fotolar

Osakoda “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü oldu Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiyanın Osaka şəhərində “Ekspo 2025” dünya sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Milli Günün açılışına həsr olunan tədbirdə Yaponiyanın “Ekspo 2025” üzrə səfiri, baş komissar Koji Haneda və Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov çıxış ediblər. 

Koji Haneda Azərbaycanın Asiya və Avropa arasında vacib qovşaq rolunu oynadığını bildirib. “Ekspo 2025”də dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq yaradılan milli pavilyonun Yaponiya ictimaiyyətinə Azərbaycan mədəniyyətini, ölkənin inkişafını təqdim etdiyini deyib.

Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Azərbaycan və Yaponiya arasında uzun illəri əhatə edən dostluq və əməkdaşlıq tarixinin olduğunu diqqətə çatdırıb. O, 2000-ci ildə Hannoverdən başlayan Ekspoda iştirak yolunun bu gün Osakada davam etdiyini, Milan və Dubay dünya sərgilərində Azərbaycan pavilyonlarının mükafata layiq görüldüyünü, eyni zamanda ən çox ziyarət edilənlər arasında olduğunu bildirib. Anar Ələkbərov ölkəmizin “Ekspo 2025”də iştirak müqaviləsini imzalayan ilk ölkə olduğunu və hazırda milli pavilyonun ən çox ziyarət edilənlər sırasında yer aldığını qeyd edib.

Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. 

Qonaqlar “Ekspo 2025”dəki Yaponiya və Azərbaycan pavilyonlarını ziyarət ediblər. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuz  “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges for sustainability)  mövzusunu əhatə edir.  Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanır. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən “Dostluq ağacı” da yer alır. 

Aprelin 13-dən fəaliyyətə başlayan və 184 gün davam edəcək Ekspoya 28 milyon ziyarətçinin gəlişi gözlənilir.  


































Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyun 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri