Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Osimhen “Qalatasaray”da qalmağa razılıq versə də...

Osimhen “Qalatasaray”da qalmağa razılıq versə də...

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Futbol dünyasının böyük maraqla gözlədiyi “Viktor Osimhen yeni mövsümdə hansı klubda oynayacaq” sualının cavabı hələ də tapılmır. Ancaq bu mövzuda yeni xəbərlər var.

Gün ötdükcə “Qalatasaray”ın bu məsələdə mövqeyi daha da güclənir. Hər halda, bunu Türkiyə mətbuatı iddia edir. Nigeriyalı forvard “Qalatasaray”da nağıllardakı kimi mövsüm keçirsə də, məlum olduğu kimi, müqüvilə ilə “Napoli”yə məxsusdu. Ona dünyanın dörd bir tərəfindən təkliflər olsa da, Osimhen hələ də qərar verməkdə çətinlik çəkir.
İddialara inansaq, “Qalatasaray” ulduz futbolçuya illik 16-23 milyon avro arası maaş təklif edib. Səudiyyə Ərəbistanını saymasaq, bu, Osimhenə gələn hələ ki ən sərfəli təklifdi. Çünki premyer-liqa nəhəngləri ona illik maksimum 10 milyon avro, “Yuventus” isə 12 milyon avro təklif edir. Şayiələrə inansaq, 26 yaşlı futbolçu “Qalatasaray” rəhbərliyinə “Napoli ilə anlaşın, mən gəlməyə razıyam” mesajını göndərib.
Bu məsələnin ən problemli tərəfi məhz elə “Napoli”nin tələb etdiyi 75 milyon avroluq təzminatdı. Futbolçunun klubla müqaviləsində məhz bu məbləğ sərbəstqalma maddəsi kimi göstərilib. Osimhenin neapollularla müqaviləsi 2026-ya qədər nəzərdə tutulub. Klubu ilə birillik müqaviləsi qalan futbolçuya görə isə heç kim bu boyda təzminat ödəmək istəmir. “Qalatasaray” əvvəlcə 50 milyon avro, sonra sponsorların dəstəyi ilə 60 milyon avro və sonuncu variant kimi 65 milyon avro təklif etsə də, “Napoli”nin prezidenti Aurelio De Laurentis 75 milyon avrodan aşağı düşmək istəmir. Bu məbləği ödəməyə razı olan yeganə klub “Əl-Hilal”dı. Səudiyyə Ərəbistanı nəhəngi italiyalılara 75 milyon avronu 3 hissəyə bölərək ödəməyi təklif edib. Əslində tərəflər arasında çoxdan razılıq əldə olunub. Amma dərd orasındadı ki, Osimhen qətiyyən bu ölkəyə yollanmaq istəmir. Hətta “Əl-Hilal”ın illik 40 milyon avro maaş olmaqla dördillik astronomik təklifi də Osimheni razı salmaq üçün kifayət etməyib!
Yeri gəlmişkən, bu məsələdə daha bir mühüm detal var. İyulun 15-də “Napoli” ilə Osimhen arasındakı müqqavilədə yer alan sərbəstqalma maddəsi qüvvədən düşəcək. Əsas həngamə məhz ondan sonra qopacaq. Böyük ehtimalla iyulun 15-nə qədər Osimhen heç bir klubla müqaviləyə imza atmayacaq.
Bu arada Alvaro Moratanın yeni klubunun adına aydınlıq gəlib. Təcrübəli ispaniyalı forvard karyerasını həmyerlisi Sesk Fabreqasın çalışdırdığı A seriyası təmsilçisi “Komo”da davam etdirəcək. Rəsmi açıqlamanın ən qısa müddətdə veriləcəyi gözlənilir. Xatırladaq ki, “Qalatasaray” Moratanı yanvarda “Milan”dan birilliyə icarəyə götürmüşdü. Əslində Okan Buruk onun komandada qalmasını istəyirdi. Amma təcrübəli futbolçu Türkiyəyə uyğunlaşa bilmədiyi üçün İtaliyaya qayıtmaq qərarına gəlib. İddialara görə İstanbul nəhəngi bu transferdən 1 milyon avro qazanacaq. Amma digər tərəfdən “Cim-Bom” qışda keçidin detalları ilə bağlı rəsmi məlumat verərkən birillik icarə haqqı kimi “Milan”a 6 milyon avro ödəniləcəyini açıqlamışdı. Ona görə də bu məbləğin aqibətinin necə olacağı bəlli deyil.
Morata Türkiyə karyerasında 16 oyuna çıxaraq hesabına 7 qol, 3 məhsuldar ötürmə yazdı və bu qısa müddət ərzində iki titul qazandı. Bu arada ötən mövsümü icarə əsasında əvvəlcə “Atalanta”da, sonra “Fiorentina”da keçirən Nikolo Zanyolonun “Qalatasaray”a döndüyünü və məşqlərdə iştirak etdiyini bildirək. İtaliyalı futbolçuya “Torino” və “Vilyarreal” maraq göstərsə də, “Qalatasaray”a hələ ki heç bir klubdan rəsmi təklif gəlməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 İyul 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri