Icma.az
close
up
RU
Osmanlı dövrünün nüfuzunu bərpa etmək üçün əlverişli siyasi fürsət

Osmanlı dövrünün nüfuzunu bərpa etmək üçün əlverişli siyasi fürsət

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Donald Trampın Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün seçkiqabağı verdiyi vədlərə uyğun başlatdığı danışıqlar prosesi ilkin mərhələdə Ağ Evdə Ukrayna tərəfindən ləngitmək kimi təqdim edilsə də, sonradan Ər-Riyadda gedən ABŞ - Ukrayna danışıqlarından əldə edilən razılaşmanı Rusiya qəbul etməməklə ilk növbədə Tramp administrasiyasını gülünc vəziyyətə saldı.
Az qala Rusiyanın vəkili kimi, çıxış edən Donald Tramp Ukrayna-Rusiya arasında atəşkəsi əldə etmək üçün bütün müttəfiqləri ilə üz-üzə gəldiyi halda, Putinin hərbi formasından aldığı reaksiya ilə özünün yox ABŞ - ın imicini yerə çırpdı. Bəlli idi ki, Putinin atəşkəs üçün irəli sürdüyü şərtlərin qəbulu mümkünsüzdür. Bəs sual olunur ki, onda, nəticə Donald Trampa bəlli olduğu halda niyə Ukraynanı sıxır, Zelenskiyə təzyiq edirdi?
Əgər prosesi Tramp Rusiya əlaqələri barədə söylənən fikirlərdən yana analiz etsək qənaət budur ki, Trampın Ukrayna ilə bağlı gedişləri sırf ABŞ üçün qazanc və mənfəət prinsipləri əsas olub. Yəni, Tramp Zelenskini ABŞ dəstəyini dayandırmaq hədəsi, şantajı ilə Ukraynanın təbii ehtiyatlarını ələ keçirmək niyyətindədir.
Donald Tramp ABŞ-ı siyasi idealoji prinsiplə deyil, iqtisadi mənfəət anlayışı ilə idarə etməyə çalışır. Donald Trampın gedişlərinun güya Rusiya-Çin birliyini dağıtmağa hesablandığı fikirlər də özünü doğrultmur. Belə ki, Rusiya, Çin, İran arlarında hərbi əlaqələrini gücləndirməkdə davam edir.
Donald Trampı Avropadakı müttəfiqləri maraqlandırmır. Makron Parisdə 30 dan çox dövləti hərbi ittifaqda bağlamağa çalışır. Ancaq görünür ki, uğursuzdur. Avropa isə özünün Rusiyadan xilası üçün Türkiyəyə sığınır. Belə olmasaydı, Avropa Polşanın Baş naziri Donald Tusku Ərdoğanla elçi göndərib kömək istəməzdi. Tusk:"Prezident Ərdoğana açıq şəkildə təklif etmişəm ki, Türkiyə Ukraynadakı sülh prosesi və regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürməlidir"- deyə bildirib. Türkiyə prezidenti Ərdoğan isə "Türkiyə və Polşa NATO-nun şərq və cənub cinahlarında yerləşir və Avropada ən böyük NATO quru ordularına malikdir. Onun sözlərinə görə, iki ölkə Avropanın təhlükəsizliyinin gələcəyində əvəzolunmazdır. Avropa İttifaqı öz gücünü saxlamaq istəyirsə, Türkiyəyə tamhüquqlu üzvlük verməlidir"- deyə bir növü belə bir şərt irəli sürüb.
Tusk Türkiyənin Avropa kursunu dəstəklədiyini bildirsə də, Türkiyənin Avropa İttifaqı üzvlüyü çox çətin məsələdir. Avropa ən son anda özlüyündə Türk-müsəlman hökmranlığındansa Rusiya-xristian təsirini qəbul etməyi üstün sayar. Baxmayaraq ki, Avropa İttifaqının özünün gələcək taleyi sual altındadır,dağılma ehtimalı da artmaqdadır.
Ancaq, Türkiyənin Avropa İttifaqına tam üzvlük istəyi qəbul edilməsə də, Ankara Avropanın və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Bu Türkiyənin bütün Avropaya təsir imkanlarını genişləndirmək və hətta Osmanlı dövrünün nüfuzunu bərpa etmək üçün əlverişli siyasi fürsətdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Mart 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri