Icma.az
close
up
RU
Osteoxondroz niyə yaranır? Səbəb və müalicə

Osteoxondroz niyə yaranır? Səbəb və müalicə

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tibb elmində osteoxondroz anlayışı ilk dəfə XVIII əsrdə yaranıb. Hələ ta qədim zamanlardan insanlarda qozbelləşmə problemləri olub.

Ancaq o dövrdə bunun sümüklərdə yığılan duzlar nəticəsində əmələ gəldiyini bilmirdilər. Ancaq xəstəliyin səbəbləri və müalicəsi XX əsrin əvvəllərində tapılıb.

Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, el arasında duzlaşma adlanan osteoxondroz beldə, boyunda, sinədə, dabanda olur. Ümumiyyətlə, duzlaşmaya bütün oynaqlarda rast gəlmək mümkündür.

Osteoxondroz onurğanın, xüsusilə fəqərəarası disklərin prosesə cəlb olunması ilə başlayan distrofik-degenerativ xəstəlikdir. Yəni bu zaman fəqərəarası disklərin qidalanması və strukturu pozulur. Bu, həm də orqanizmdə maddələr mübadiləsinin pozğunluğu deməkdir.

Orqanizmə xörək duzunun çox daxil olması, oturaq həyat tərzi osteoxondrozun yaranmasının əsas səbəbləridir. Osteoxondroz zamanı hərəkət etdikdə oynaqlarda xırtıltı səsləri olur. Osteoxondroz əsasən, insanın hərəkətini çətinləşdirir.

Bel osteoxondrozu

Osteoxondroza ən çox bel nahiyəsində rast gəlinir. Bel osteoxondrozu əsasən, ayaqlara təsir edir. Osteoxondroza insanların 50 faizində, bel nahiyəsində rast gəlinir. Müasir dövrdə ən çox yayılan xəstəliklərdəndir. 30-60 yaş arası olanlarda rast gəlinir. Bəzən isə 18-25 yaşlı gənclərdə də bel osteoxondrozu olur. Buna səbəb - yaş artdıqca sümüklərin böyüməsi zamanı fəqərə disklərinə gələn damar bağlanır və qidalanma çətinləşir.

Beldə duzlaşma bir çox səbəblərdən meydana gəlir:

- Onurğanın anadangəlmə qüsurları

-  İrsi meyillik

- Zədə, tez-tez soyuqlamalar

- Revmatizma, bruselyoz kimi xəstəliklər

- Piylənmə, bəzi endokrin xəstəliklər

- Hipokineziya (az hərəkətlilik)

- Yanlış hərəkətlərlə onurğanı gücə salmaq

- Hamiləlik

- Stress

Bu səbəblərin bir və ya bir neçəsinin təsirindən disk fəqərələri öz elastikliyini itirir, sərtləşir və nəticədə beldə ağrılar başlayır. Bel osteoxondrozu olan xəstələrə sərt və düz yataqda yatmaları məsləhət görülür. Belə xəstələrin əksəriyyəti el arasında bellərini çəkdirir və ya həkim məsləhəti olmadan ağrıkəsici qəbul edirlər. Bu hal dəfələrlə təkrarlandıqda fibroz həlqə yırtılır və nəticədə, beldə disk yırtığı əmələ gəlir. Bu yırtıq zaman keçdikcə onurğa beynini və ya onu qidalandıran damarı sıxarsa, ayaqlarda ağır iflic və çanağın funksiya pozğunluğu meydana gəlir. Hamiləlik dövründə bel ağrıları zamanı diqqətli olmaq lazımdır. Qəfil hərəkətlər etmək olmaz.

Boyun osteoxondrozu:

Boyun osteoxondrozu zamanı tez-tez başağrıları, başgicəllənməsi, halsızlıq olur. Xəstə təzyiqdən əziyyət çəkir. Xəstəlik irəlilədikdə yaddaş zəifliyi, gözün korlaşması baş verir. Sinə osteoxondrozu da tez-tez təsadüf edilən hallardandır. Sinə osteoxondrozu əsasən piylənmə zamanı əmələ gəlir. Osteoxondrozun bu növü ürəyə mənfi təsir edir. Ürək damarlarının inkişafı zəifləyir. Belə halda ürək revmatizması, ürək-damar çatışmazlığı yaranır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri