Icma.az
close
up
RU
Otellərdə qiymətlər nə üçün bahadır? RƏSMİ AÇIQLAMA

Otellərdə qiymətlər nə üçün bahadır? RƏSMİ AÇIQLAMA

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dövlət qurumları bu sahədə tənzimləmə apara bilməz. Bu, bazar iqtisadiyyatı qanunlarıdır və bizim tənzimləmə aprmaq niyyətimiz də yoxdur. Amma biz digər mexanizmlərlə qiymətlərin aşağı düşməsi üçün müəyyən addımlar atırıq".

Bu sözləri BAKU.WS-in müxbirinə Dövlət Turizm Agentliyinin (DTA) İdarə Heyəti sədrinin müşaviri Kənan Quluzadə mediatur çərçivəsində bildirib.

O əlavə edib ki, əsas siyasət təklifin həcmi və rəqabətin artırılmasıdır ki, qiymətlər daha əlçatan olsun:

"Qiymətlərin ümumən yüksək, orta və ya aşağı olması nisbi bir məsələdir. Çünki beş ulduzlu otelləri regional müqayisə etsək, Azərbaycanda qiymətlər ətrafımızdakı dövlətlərdən heç də baha deyil. Bunu həm dörd ulduzlu, həm də üç ulduzlu seqmentə ayırd etmək olar.

Amma bizim infrastrukturumuz daha yaxşıdır. Ölkəmizdə daha geniş çeşidli xidmətlər var ki, bəzi xərclər tələb edir. Lakin kənd evləri və aşağı büdcəli otelləri seçərək hər kəs öz büdcəsinə uyğun istirahət edə bilir. Bizim müşahidələrimiz göstərir ki, mövsüm vaxtı, uzun müddətli tətillər və istirahət günlərində otellərdə doluluq səviyyəsi çox yüksək olur. Tələbat var ki, otellər də formalaşır.

Otellərin ümumi qiymətin formalaşdırılması satışdan asılıdır. Otellər 50 faiz satış edirsə, qiymətlər nisbətən aşağı olur. Satış 70-90 faizə qalxırsa, qiymətlər bahalaşır. Eyni zamanda bayram günləri və mövsümün pik dövründə qiymətlər yuxarı olur. Bunlar hamısı özəl şirkətlərdir və onlara qiymətlətlə bağlı diktə etmək mümkün deyil. Biz çağırışlar edirik və vergi güzəştləri təqdim edirik. Bu güzəştlər vasitəsilə yeni otellərin tikilməsi və rəqabətin yaranması təmin olunur.

Hazırda elə regionlar var ki, faktiki olaraq orada bir otel fəaliyyət göstərir. O da öz qiymətlərini diktə edir. Onun ətrafında bir neçə yeni otel qurularsa, qiymətlər düşəcək. Elə regionlarımız var ki, orada otellər çoxdur və istənilən qiymətə xidmətlərdən istifadə etmək mümkündür".

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Oktyabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri