Ötən 9 ayın inkişaf göstəriciləri
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Yanvar-sentyabr aylarında ÜDM 1,5 faiz artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi sektorda müsbət dinamika meyilləri qeydə alınıb. Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM) 102 milyard 48,2 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. İqtisadiyyatın əlavə dəyər potensialının formalaşmasında qeyri-neft sektoru yenə də əsas drayver rolunu oynayıb. Belə ki, neft-qaz sektoru üzrə ÜDM istehsalı 30,2 milyard manata yaxın olmaqla ötən ilin analoji dövrünə nisbətən 1,2 faiz azalsa da, qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 71,8 milyard manata yaxın olmaqla, illik müqayisədə 2,6 faiz artıb.
ÜDM-in strukturunda sənaye məhsulu 51,2 milyard manat, kənd təsərrüfatı məhsulu 1,1 faiz artaraq 11,9 milyard manat, nəqliyyat bölməsi 10 faiz artaraq 12,8 milyard manat, rabitə 11,1 faiz yüksələrək 3,2 milyard manat təşkil edib. Əlavə dəyərin tərkibində digər xidmət sahələrinin payı və məhsula və idxala xalis vergilərə düşən ÜDM-in həcmi də yüksəlib.
Cari ilin 9 aylıq makroiqtisadi göstəriciləri təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq.
Qeyri-neft sənayesində əlavə dəyər yüksəlib
ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, əlavə dəyərin təxminən 72 milyard manatı qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da faiz ifadəsilə 72 faiz deməkdir. ÜDM-də əsas əlavə dəyər yaradan sahələrdən biri olan sənaye sektorunun qeyri-neft bölməsində isə artım əvvəlki aylarla müqayisədə daha da böyüyüb. Belə ki, qeyri-neft sənayesində 5,4 faiz artımla 16,5 milyard manat məbləğində sənaye məhsulu istehsal edilib. Sənayenin emal bölməsində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesində yüksək istehsal qeydə alınıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal sahə olduğunu göstərir.
14,5 milyard manatdan çox investisiya yönəldilib
Cari ilin ötən 9 ayında sərmayə axıcılığı da dayanıqlı xarakter daşıyıb, əsas kapitala 14 milyard 688 milyon manat investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz çoxdur. Bu dövrdə qeyri-neft sektoruna investisiya qoyuluşu 3,1 faiz artaraq 9,8 milyard manatı üstələyib. Sektorlar üzrə sənaye, logistika, kənd təsərrüfatı və texnologiya, tikinti, təmir sahələrinə kapital qoyuluşlarında artım baş verib. Əsas kapitala yönəldilmiş investisiyaların 70 faizindəm çoxunu daxili investisiyalar təşkil edib. Xarici investisiyaların həcmi 3 milyard manata bərabər olub.
Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb
2026-cı ilin ötən 9 ayında ölkədə muzdla çalışan işçilərin sayı təxminən 1 milyard 780 min nəfər olub. Onların orta aylıq nominal əməkhaqqı 7,2 faiz artaraq 1173 manat təşkil edib. Əhalinin nominal gəlirləri isə 9,4 faiz artaraq 63,5 milyard manata çatıb. Hesabat tarixində ölkə üzrə istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edib. Ümumilikdə, bu dövrdə əhalinin gəlirləri inflyasiyanı üstələməklə insanların sosial rifahında əhəmiyyətli rol oynayıb.
Qeyd edilən müddətdə xarici dövlət borcu 4 milyard 509 milyon dollar təşkil etməklə 7,8 faiz azalıb. İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artaraq 34,9 milyard manata yaxın olub. Fiziki şəxslərin banklardakı əmanətlərində isə 17,8 faiz artım qeydə alınıb, həmin sektor üzrə cəmi depozitlərin həcmi 18 milyard 211 milyon manat təşkil edib.
Qeyd edilən dövrdə ticarət dövriyyəsində dinamika müşayiət edilib. Azərbaycanın ticarət dövriyyəsinin həcmi 7,4 faiz artaraq 33 milyard 934 milyon dollar təşkil edib. Belə ki, ixracın dəyəri 36,2 faiz artaraq 22 milyard 511 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 2,6 dəfə artaraq 6 milyard 278 milyon dollar olub. İdxalın dəyəri isə 24,1 faiz azalaraq 11,4 milyard dollar təşkil edib. Nəticədə xarici ticarətdə 10 milyard dollardan çox müsbət saldo qeydə alınıb.
E.CƏFƏRLİ
Baxış sayı:50
Bu xəbər 13 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















