Icma.az
close
up
RU
Menu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

Tarixi qələbəyə belə sevindilər Video

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

Bukayo Saka haqqında sənədli film çəkilib

Dayanıqlı inkişaf göstəriciləri

Dayanıqlı inkişaf göstəriciləri

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ÜDM-in həcmi 83 milyard manatı ötüb

2025-ci ilin yanvar-avqust aylarında ölkəmizdə 83 milyard 037,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.  İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,6 faiz artım qeydə alınıb. Belə ki, ÜDM istehsalının 34,9 faizi sənaye, 10,3 faizi ticarət, 7,1 faizi nəqliyyat, 6,3 faizi kənd təsərrüfatı, 6,3 faizi tikinti, 2,8 faizi turizm və ictimai iaşə sektoru, 1,8 faizi rabitə, 20,7 faizi digər sahələrin payına düşür. ÜDM-in tərkibində idxala xalis vergilər 9,8 faiz təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 111,3 manata bərabər olub.

Qeyri-neft sənayesində artan əlavə dəyər

ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, 83 milyard manatlıq əlavə dəyərin təxminən 65-67 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 60 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi 42 milyard manatı üstələyib. Qeyri-neft sənayesində artım daha çox olub və dinamika 4,8 faiz təşkil edib. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.

Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin yüksəlməsində sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye sektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.  Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal  sahə olduğunu göstərir.

11,4 milyard manat investisiya qoyuluşu

Ötən 8 ayda ölkədə sərmayə axıcılığı da dayanqlı xarakter daşıyıb, əsas kapitala 11,4 milyard manata yaxın vəsait qoyulub . Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8 faiz yüksəlib. İnvestisiyanın 5,8  milyard manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 3,8 milyard manatı və ya 33,6 faizi xidmət sahələrinə, 1,8 milyard manatı və ya 15,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 8,8 milyard manatını və ya 77 faizini daxili investisiyalar təşkil edib. Xarici investisiyaların həcmi 2,6 manata bərabər olub. Sərmayələrin 9 milyard manata yaxını bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Yeri gəlmişkən, qeyd edilən dövrdə qeyri-neft ixracında da əhəmiyyətli artım əldə edilib və burada da qeyri-neft sənayesi mallarının payı yüksəlib. Ümumilikdə, xarici bazarlara 2,3 milyard dollardan artıq qeyri-neft məhsulları göndərilib. İxracda aqrar-sənaye və yeyinti sektorunun payında daha yüskək artım qeydə alınıb.

Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb

2025-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı və maaşlarında da dinamika qeydə alınıb. Belə ki, muzdlu işçilərin sayı 1 milyon 768,4 min nəfər olub ki, onun böyük bir hissəsi (910,3 min nəfər) qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Özəl müəssisələrdə çalışan işçilərin orta nominal gəlirləri 1200-2000 manat civarında olub ki, bu da biznes sektorunda fəallığın nəticəsi hesab edilə bilər.

Qeyd edilən dövrdə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib. Bu isə əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə, həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

Qeyri-neft sektorunun ÜDM-də payı 80 faizə yaxınlaşır

Cari ilin 8 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq. Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see318

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see244

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see240

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see219

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see211

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see209

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see206

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see201

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see200

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see194

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see187

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see181

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see181

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see180

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see171

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see171

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see168

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see166

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see166

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri