Icma.az
close
up
RU
Ötən ay Bakıda 32 dərəcə isti olub

Ötən ay Bakıda 32 dərəcə isti olub

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mart ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub.

Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-16.0 dərəcə), 4 gün isə normadan aşağı (0.7-6.3 dərəcə), orta aylıq temperatur isə 9.7 dərəcə isti olub.

Xidmət rəisi qeyd edib ki, ötən ay maksimal temperatur martın 18-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu Kürdəmir rayonunda 32.5 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 32.1 dərəcə isti olub.

Minimal temperatur isə ölkə üzrə martın 2-i Şahdağda 21.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə 6 dərəcə şaxta müşahidə olunub:

“2025-ci ilin mart ayında bölgələr üzrə 12 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 127 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 86 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb.”

N. Mahmudov bildirib ki, mart ayının bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 105 sm olub. Martın 23-də Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb:

“Mart ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 15 gün, bölgələrdə isə 16 gün küləkli olub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 30 m/s-dək güclənib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 Aprel 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri