Ötən gün vətəndaşların bank kartlarından 15 min manat pul oğurlanıb
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vətəndaşların bank kartlarından aprelin 16-da 15 min 40 manat pul oğurlanıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən vətəndaşlara müraciət edilərək bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:
"Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















