Ötən gün vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlanıb
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Vətəndaşların bank kartlarından aprelin 16-da 15 min 40 manat pul oğurlanıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:
"Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4709, 4000, 2375, 1500, 790, 514, 464, 234, 200, 167, 87 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Ötən gün vətəndaşların bank kartlarından 24 min manatdan çox pul oğurlanıb
20 İyun 2025 11:06
15 min manatdan çox vəsait vətəndaşların bank kartlarından oğurlanıb
19 May 2025 09:56
Ötən gün vətəndaşların bank kartlarından 15 min manat pul oğurlanıb
17 Aprel 2025 10:08
Ötən gün vətəndaşların bank kartlarından 4 min manatdan çox vəsait oğurlanıb
25 İyun 2025 11:36
Vətəndaşların kartlarından 15 min manatdan çox OĞURLUQ
14 May 2025 10:24
Baxış sayı:108
Bu xəbər 07 İyun 2025 07:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















