Icma.az
close
up
RU
Azərbaycan ABŞ əlaqələrində yeni mərhələ: Ötən il ticarət dövriyyəsi 94 faiz artıb

Azərbaycan ABŞ əlaqələrində yeni mərhələ: Ötən il ticarət dövriyyəsi 94 faiz artıb

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq son illərdə dinamik inkişaf göstərir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan iclasda verdiyi məlumata görə, 2024-cü ildə ticarət dövriyyəsinin həcmi 1.7 milyard, o cümlədən idxalın həcmi 1.6 milyard, ixracın həcmi 135 milyon ABŞ dolları təşkil edib. 2023-cü illə müqayisədə 2024-cü ildə ticarət dövriyyəsi 94 faiz artıb. Bu dövrdə ABŞ Azərbaycanın xarici ticarət dövriyyəsində 5-ci , o cümlədən idxalda 4-cü, ixracda isə 24-cü yeri tutub. 2025-ci ilin yanvar-iyun aylarında da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 60 faiz artıb.

Bəs ABŞ ilə ticarət dövriyyəsində müşahidə olunan kəskin artım hansı amillərlə bağlıdır və bu tendensiya davamlı ola bilərmi? Eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin artması hansı real iqtisadi faydalar yaradır və indiki geosiyasi və iqtisadi şəraitdə iqtisadi münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq mövqeyinə və iqtisadi təhlükəsizliyinə hansı töhfələr verə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Zaur Şükürov bildirib ki, Bayden Administrasiyasının Azərbaycana münasibətdə qərəzli və ikili standartlara əsaslanan siyasət yürütməsi səbəbindən Azərbaycan-ABŞ əlaqələrində müəyyən durğunluq müşahidə edilirdi:

"Lakin son 33 il ərzində inkişaf tarixinə nəzər yetirdikdə, əsasən, enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrdə ön planda olduğunu deyə bilərik. Belə ki, ulu öndər Heydər Əliyevin uzaqgörən enerji siyasətinin nəticəsi olaraq, 1994-cü ildə qlobal əhəmiyyətli "Əsrin müqaviləsi"nin imzalanmasından sonra iki ölkə arasında enerji sahəsində əməkdaşlıq intensiv xarakter aldı. Təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığa gəldikdə isə məlum olduğu kimi, 1992-ci ilin avqust ayında postsovet ölkələrinə yardım məqsədilə ABŞ Konqresinin qəbul etdiyi "Azadlığa yardım aktı"na bu ölkənin erməni lobbisinin və ermənipərəst qüvvələrinin təsiri və təzyiqi ilə ədalətsiz "907-ci düzəliş"in əlavə edilməsindən sonra ikitərəfli münasibətlərdə soyuqlaşma müşahidə edilirdi.

Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və bu terrorçu siyasətin nəticəsində Xocalı soyqırımı və digər faciələrə düçar olmuş Azərbaycana qarşı belə bir sanksiyanın qəbul edilməsi ikili standartların və ədalətsizliyin göstəricisi idi. 2001-ci ilin sentyabr ayından sonra beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin oynaya biləcəyi əhəmiyyətli rolu anlayan ABŞ tərəfi ölkə prezidentinə "907-ci düzəliş"in tətbiqinin bir il müddətində dayandırılması səlahiyyəti verdi və ABŞ prezidentləri hər il bu qərarı yeniləməklə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaratdılar. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Bayden administrasiyası bu düzəlişin yenidən qüvvəyə minməsinə qərar verməklə iki ölkə arasında münasibətlərin inkişafına xələl gətirmişdi".

"Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi zamanı bu barədə qeyd etdi ki, "Bayden "907-ci düzəliş"i yenidən tətbiq etməyə başladı. "907-ci düzəliş" 2001-ci ildə dayandırıldı. Niyə? Çünki onların Əfqanıstanda bizə ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi. Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı necə belə nankor olmaq olar?! Beləliklə, onların haqqında nə düşünə bilərdik? Biz onlarla bütün əlaqələri kəsdik. Bayden administrasiyası ilə əlaqələr sıfıra enmişdi". Prezident İlham Əliyevin 8 avqust tarixdə Vaşinqtona işgüzar səfəri çərçivəsində Prezident Trampla səmimi və dostluq şəraitində baş tutmuş görüşü və istər regionumuzun gələcək inkişafı, istərsə də ikitərəfli məsələlərlə bağlı səmərəli müzakirələr münasibətlərimizin qarşıdan gələn illərdə hər iki ölkənin maraqları naminə inkişaf edəcəyinə ümidləri artırır. Xüsusilə də "907-ci düzəliş"in tətbiqinin dayandırılması ilə bağlı Prezident Tramp tərəfindən qərar qəbul edilməsi qarşılıqlı maraq kəsb edən bir sıra sahələr üzrə əlaqələrin inkişafına imkan verəcək.

Həmçinin Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda aidiyyəti qurumlarımızın Azərbaycan-ABŞ münasibətlərinə dair səsləndirdiyi fikirlər və statistik rəqəmlər ikitərəfli əməkdaşlığın inkişaf edəcəyini deməyə əsas verir", - millət vəkili qeyd edib.

Parlamentari əlavə edib ki, digər ölkələrlə ticari-iqtisadi əlaqələrdə, hətta uzun illər boyu tərəfdaşlıq münasibətlərinin olduğu dövlətlərə qarşı öz ölkəsinin maraqları naminə sərt tarif siyasəti yürüdən Donald Trampın Azərbaycana və şəxsən İlham Əliyevə dost münasibət nümayiş etdirməsini nəzərə alsaq, ölkələrimiz arasında əlaqələrdə davamlı inkişaf meyillərinin müşahidə ediləcəyini söyləmək mümkündür:

"Heç şübhəsiz, Azərbaycan Prezidentinin praqmatik, uzaqgörən, prinsipial və müstəqil xarici siyasət kursu, ikitərəfli və çoxtərəfli münasibətlərdə daim beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə və ədalətə, qarşılıqlı hörmətə əsaslanan mövqeyi Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlamasında mühüm rol oynayır. Vaşinqton görüşü zamanı ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı atılan müsbət addımlar, xüsusilə də ölkəmizin maraqlarına xidmət edən qərarların qəbul edilməsi, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Strateji işçi qrupunun təsis edilməsinə dair razılaşma və "907-ci düzəliş"in tətbiqinin dayandırılması regionumuzda sülh, sabitlik və inkişafa töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin daha da güclənməsinə və Azərbaycan-ABŞ münasibətlərinin inkişafına müsbət təsir göstərəcək".

"İnanırıq ki, Azərbaycan-ABŞ münasibətləri yenidən inkişaf mərhələsinə qədəm qoymaqla enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açılacaq", - müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri