Ötən il Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 29 faiz artıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmətə əsaslanır və ildən-ilə genişlənməkdə davam edir. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 29 faiz artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın görüşündə bildirilib.
Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi, səyləri ilə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, müxtəlif sahələri əhatə edən əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti qeyd edilib. Komissiyanın keçən il Bakıda 10-cu iclasının keçirildiyi, növbəti iclasının bu il Macarıstanın paytaxtı Budapeştdə keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Habelə ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların və işgüzar görüşlərin, digər tədbirlərin əlaqələrimizn inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə iqtisadi və ticarət, enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, sosial, turizm və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















