Icma.az
close
up
RU
Ötən il “Qarabağ”ın ən yadda qalanları...

Ötən il “Qarabağ”ın ən yadda qalanları...

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

2024-cü il “Qarabağ” klubu üçün tarixi nəticələrlə yadda qalıb.

“Qafqazinfo” klubun saytına istinadən “Köhlən atlar”ın ötənilki 11 ən əlamətdar məqamını təqdim edir:

Pley-offda ilk qələbə

Azərbaycan futbolu tarixinə Avropa Liqasının pley-offuna yüksələn ilk komanda kimi düşən “Qarabağ” 1/8 finala vəsiqə üçün “Braqa” ilə qarşılaşıb. Portuqaliyadakı möhtəşəm oyunu ilə 4:2 hesablı səfər qələbəsi qazanan komanda Bakıdakı cavab görüşündə daha bir tarix yazıb. Nəriman Axundzadənin əlavə vaxtdakı qolu onları 1/8 finala daşıyıb. Avrokubokların bu mərhələsi Azərbaycan futbol tarixində yeni səhifə olub.

¼ finalın astanasında

Avropa Liqasında ən uğurlu mövsümünü keçirən klub 1/4 finalın bir addımlığında qalıb. 1/8 finalda güclü “Bayer”lə görüşən “Qarabağ” həm evdə, həm də səfərdə 2:0 hesabı ilə önə də keçib. Amma hər iki görüşdə üstünlüyünü uzatma dəqiqələrində əldən verib. Patrik Şikin 90-cı dəqiqədən sonrakı vaxtda vurduğu üç top 8 ən güclü sırasına düşməklərinə imkan verməyib – 2:2, 2:3.

Ardıcıl 3-cü, tarixdə 11-ci

“Qarabağ” ötən il 11-ci dəfə Azərbaycan çempionu titulunu qazanıb. Ardıcıl üçüncü qızıl medallar vaxtından əvvəl təmin olunub. Bu, Premyer Liqanın 28-ci turunda rəsmiləşib. “Kəpəz”I 6:1 hesabı ilə məğlub edəndən sona 8 tur qalmış 1-ci yeri təmin edib.

8-ci kubok

Həm ölkə çempionu adını qazanıb, həm də Azərbaycan kubokunun qalibi olub. Qurban Qurbanovun yetirmələri finalda “Zirə” ilə görüşüb. Bu qarşılaşmada 2:1 hesablı qələbə qazanıblar.

Əlçatmaz Olavio

Olavio Juninyo 2023/24 mövsümünün bombardiri adını qazanıb. O, 20 qolla çempionatın ən məhsuldar oyunçusu olub. Braziliyalı meydana çıxdığı 35 matçda bu qədər qola imza atıb. Cənubi amerikalı ebutdier titulunu ebut mövsümündə əldə edib.

Akademiyadan “het-trik”

Ötən il təkcə əsas komanda uğurları ilə yadda qalmayıb. Klub yeniyetmə komandalarımız da çempionluq sevinci yaşayıb. Akademiyanın təmsilçiləri AFFA-nın təşkil etdiyi liqaların üçündə çempion olublar. U-15, U-14 və U-13 komandalar Azərbaycanın ən yaxşısı adını qazanıb.

“İmarət”in təməli

Prezident İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub. Komanda sonuncu dəfə 1993-cü ildə çıxış etdiyi arenanın yenidən inşa olunmasına başlanılıb. Stadion bunun üçün ayrılan 19,2 hektar torpaq sahəsində tikilir. “İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyü olacaq.

Çempionlar Liqasında pley-off

“Qarabağ” son illərdə formalaşan ənənəsinə sadiq qalaraq bu dəfə də avrokubokların təsnifat mərhələlərində uğurla çıxış edib. Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qarabağ” öncə “Linkoln”, ardınca “Lüdoqorets” səddini aşıb. Bu iki dueldə ümumilikdə 16 qol vuran komandamız qitənin ən nüfuzlu klub turnirinin pley-offuna vəsiqə qazanıb. Bu, ən azı Avropa Liqasının əsas raunduna vəsiqəni təmin etmək üçün yetərli olub.

İlk dəfə Liqa mərhələsində

Ardıcıl 10 il avrokubokların qrup mərhələsində oynayan “Qarabağ” bu dəfə də əsas raunda qədər irəliləyib. Yeni formatda təşkil olunan Liqa mərhələsində mübarizəyə başlayıb. Komanda bu formatda əsas mərhələ oynayan ilk və yeganə Azərbaycan klubudur. Bu mərhələdə 6 matça çıxan klub digər iki oyununu 2025-ci ildə keçirəcək.

“Qarabağ”dan unikal təşəbbüs

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan yeni qurumda komandamızla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar “Liverpul”, “Totenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) klublarıdır.

Qış çempionu

Komanda Premyer Liqanın 2024/25 mövsümündə də uğurla çıxış edir. 18 turdan sonra lider olan “Qarabağ” qış fasiləsinə zirvədə yollanıb. Bu, XVIII tur ərəfəsində rəsmiləşib. “Şamaxı” ilə təxirə salınmış oyundakı qələbə ilə qış çempionluğu təmin olunub. Bu, komandamızın tarixində 11-ci, ardıcıl 4-cü belə uğurudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri