“Qarabağ”ın futbolçusu mövsümün ən yaxşısı oldu
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu nəticəsində “Qarabağ” klubunun portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade bu ada layiq görülüb.
Səsvermədə bu mövsüm 10 iştirakçı komandanın heyətində Azərbaycan Premyer Liqasının oyunlarında çıxış etmiş futbolçulardan 195-i, eləcə də 10 baş məşqçidən 9-u olmaqla, ümumilikdə 204 respondent iştirak edib.
Onlardan 59-u Leandro Andradeyə səs verib.
“Zirə”nin Qvineya-Bisaudan olan hücumçusu Salifu Suma 52 səslə ikinci, Premyer Liqanı tərk edən “Səbail” komandasının yarımmüdafiəçisi Rüfət Abdullazadə 9 səslə üçüncü yeri tutub.
Baxış sayı:123
Bu xəbər 29 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















