Icma.az
close
up
RU
Otto Con, çəkmə araq, yayda yada düşəcək sual...

Otto Con, çəkmə araq, yayda yada düşəcək sual...

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İki tovuzlu bazara gedirlər, yolda biri o birindən soruşur ki, sən bazara nə yaxşı? İkinci deyir yaxşı tut arağım var, onu satmağa gedirəm. Sual verən cox həyəcanlı şəkildə: “Öyün yıxılmasın, tut arağını satıb, bundan yaxşı nə alacaqsan ki?”

“Turan Tovuz” Otto Conun komandadan ayrıldığını elan edəndən sonra onsuz da çox populyar olan bu lətifə tam yerinə düşdü. Doğrudan da, qəribədi: avrokuboklara vəsiqəyə can atan komanda ötən mövsüm 10 qolla bombardiri olan, bu mövsüm də 4 qol, 2 məhsuldar ötürmə göstəricinə malik liderini əldən verdi. Özü də hara-hara, Liviya təmsilçisi “Əl-Mədinə”yə.
Əlbəttə, Tovuz klubunun əlində bir dəlil var: onsuz da yayda müqavilə müddəti bitəcəkdi, inda satmaq lazımdı ki, müəyyən kompensasiya ala bilək. Amma yəqin rəhbərlik onu da gözəl bilir ki, kubokda da mübarizəni dayandıran komanda mayda hədəfinə çata bilməsə, ilk yada düşən məhz Con olacaq. “Turan Tovuz” üçün meydanda canını qoyan, fədakarlıq edən, nəticə yolunda canından-qanından keçməyə hazır olan nigeriyalı. Təbii ki, Ottoya vəkillik etmək niyyətim yoxdu. Amma mənə elə gəlir ki, 2023/24 mövsümündə 10 qol vuran hücumçu yayda 1 yox, məsələn, 2 illik müqaviləni haqq edirdi.
Görünür, onda rəhbərlik nələrisə düzgün hesablamayıb, ya da danışıqların gedişində ciddi müqavimətlə üzləşib. Hər halda, başında ağıl, ayağında güc olan, avrokuboklarda çıxış etmək istəyən heç bir futbolçu “Turan Tovuz”u “Əl-Mədinə”yə dəyişməzdi. 27 yaşını ötən ay tamamlayan nigeriyalı bəlkə də istisnasız maliyyə mülahizələrinə söykənib, Ehtiram Quliyevin cəlbedici təklifləri belə onun Liviya variantını seçməsinə mane olmadı.
Nə qədər inandırıcı görünməsə də, bəlkə də Otto Joarlem Batista ilə rəqabətdən çəkindi, Kurban Berdıyevin braziliyalı hücumçuya daha çox şans verəcəyini düşündü. Hər halda, tovuzlu azarkeşlərin sevimlisi artıq Tovuzda deyil. Odu ki, məlum lətifənin sonundakı məşhur sualı – Ottonu satıb nə alacaqsız? – səsləndirmək yerinə düşmür.
Otto satıldı və getdi, meydan artıq Joarlem Batistanındı. Onun nigeriyalı fədakarı unutduracağına, tovuzlu azarkeşlərin qəlbində taxt quracağına ümid etmək istəyirəm. Baxmayaraq ki, bu çox çətin olacaq.
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri