Icma.az
close
up
RU
Tütünlə mübarizə: çəkmə, xəstələnmə, ölmə!

Tütünlə mübarizə: çəkmə, xəstələnmə, ölmə!

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İnsan sağlamlığı üçün ən təhlükəli amillərdən biridir siqaret – aktiv və ya passiv istifadəçi olmasından asılı olmayaraq. Bir çox kəskin və xroniki xəstəliklərin inkişafına səbəb olan siqaret və tütün məmulatlarından istifadəni azaltmaq məqsədilə hər il 31 May bütün dünyada “Ümumdünya Tütünlə Mübarizə Günü” kimi qeyd olunur.

Tütündən istifadənin orqanizmə təsiri insandan insana, intensivliyi, miqdarı, istifadəçinin sağlamlıq vəziyyəti və bir çox başqa faktorlara görə dəyişir. Tütün tüstüsü aktiv istiofadəçidən passiv istifadəçiyədək hamı üçün zərərdir. Siqaret çəkildikdə siqaret tüstüsündə olan qatran orqanizmə faktiki olaraq zəhərli təsir göstərir. Bu zəhərli maddənin orqanizmə davamlı qəbulu nəticəsində qanın laxtalanma pozğunluqları və arteriyaların pozulması kimi xəstəliklər yaranır, toxumalara çatan oksigen miqdarı azalır, ürək-damar xəstəliklərinə tutulma riski böyük dərəcədə artır.

Siqaretin yaratdığı digər sağlamlıq problemlərinə mədə xəstəlikləri, dəri sağlamlığı problemləri, sümük xəstəlikləri, beyin və ağciyər xəstəlikləri və sonsuzluq daxildir. Siqaretin insult keçirmə ehtimalını %50 artırdığı da son araşdırmalarda qeyd edilir. Siqaret bəzi xərçəng növlərinin inkişaf riskini xeyli artırır. Bunun əsas səbəbi siqaret tüstüsünün tərkibindəki zəhərli maddələrdir. Bu maddələr iki formada xərçəng yaradır. Birincisi, bədənin immun sistemini zəiflətməsi və xərçəng hüceyrələrinin müdafiə sisteminin onları öldürməsini çətinləşdirməsidir. Normal şəraitdə xərçəng hüceyrələri çox çoxumuzun bədənində əmələ gələ bilir və adətən müdafiə sistemimiz tərəfindən aşkarlanır və məhv edilir. Siqaret çəkən insanlarda immun sisteminin zəifləməsi səbəbindən xərçəngə tutulma ehtimalı artır. Siqaretin xərçəngə səbəb olmasının digər səbəbi isə siqaret tüstüsünün tərkibindəki zəhərli maddələrin birbaşa hüceyrə DNT-sini zədələməsidir. Zədələnmiş DNT səbəbiylə hüceyrələrdə nəzarətsiz böyümə və çoxalma müşahidə edilir və beləliklə xərçəng inkişaf edə bilər.

Siqaretin yaratdığı ən çox yayılmış xərçəng növü ağciyər xərçəngidir. Hər 10 ağciyər xərçəngindən 9-nun uzun illər siqaret çəkdiyi aşkarlanır. Bundan başqa, siqaretin qan, sidik kisəsi, uşaqlıq boynu, qaraciyər, ağız-boğaz, mədə-bağırsaq sistemi xərçənglərinin inkişaf etməsinə səbəb olması da sübut edilən faktlardandır. Siqaret tüstüsünün tərkibindəki qatran tənəffüs yolları ilə ağciyərlərə çatdığı və orada toplandığı üçün siqaretdən ən çox zərər görən orqanlar ağciyərlərdir. Siqaretin zərər verdiyi digər orqanlar arasında qan damarları, nəfəs borusu, bronxlar, gözlər, ağız, boğaz, dəri, sümüklər, sidik kisəsi, həzm sisteminin bütün orqanları və reproduktiv orqanlar olduğunu bildirir. Bu orqanlarda müşahidə edilən problemlər iş qabiliyyətinin azalması, xərçəngə meylin artması, infeksiyaya qarşı həssaslığın artması, forma və görünüşdə deformasiyalar kimi vəziyyətlərdir.

Siqaretin zərərləri siqareti tərgitdikdən dərhal sonra orqanizm tərəfindən dəf edilir. Asılılıqdan uzaqlaşdıqca sağlamlığa o qədər yaxınlaşır insan. Siqaretdən sonra orqanizmdə müşahidəe dilən ilk müsbət dəyişiklik qan təzyiqinin normallaşması, ürək döyüntülərinin normallaşması, qan dövranının yaxşılaşdırılması və toxumalara çatan oksigen miqdarının artmasıdır. Nəticədə kişilərdə dərinin rənginin bir neçə ton açılması, sperma sayı və keyfiyyətinin artması müşahidə edilir. Siqareti tərgitdikdən təxminən 8 saat sonra qanda karbonmonoksit səviyyəsi ciddi dərəcədə azalır və oksigen səviyyəsi yüksəlir. 2-4 gün ərzində dad və qoxu hissi normallaşır, ağız qoxusu yox olur, müntəzəm ağız və diş baxımı ilə dişlərdəki sarı ləkələr azalmağa başlayır. Bir neçə həftə ərzində siqaretin yaratdığı yorğunluq problemi aradan qalxır və ağciyərin effektivliyi artmağa başlayır. Sonrakı aylar ərzində burun tutulması, nəfəs darlığı, öskürək kimi problemlər də yox olur.

Siqareti tamamilə tərgitdikdən 1 il sonra ürək xəstəliyinin inkişaf riski aktiv siqaret çəkmə dövrü ilə müqayisədə iki dəfə azalır. Təxminən 5 illik bir müddətdən sonra ağız, boğaz, mədə-bağırsaq sistemi, sidik kisəsi və reproduktiv orqanlarla əlaqəli xərçənglərin yaranma ehtimalı yarıya qədər, 10 ildən sonra isə ağciyər xərçənginə tutulma riski yarıya qədər azalır.

2024-cü il məlumatlarına əsasən, dünyada təxminən 1.25 milyard yetkin insan tütün məhsullarından istifadə edir. ÜST-nin məlumatına əsasən, dünyadakı kişilərin təxminən 36.7%-i, qadınların isə 7.8%-i tütün məhsullarından istifadə edir. Tütün istifadəsi hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Bunların təxminən 1.3 milyonu passiv siqaret çəkməyə məruz qalan qeyri-siqarət çəkənlərdir. Müsbət haldır ki, 2000-ci ildən bəri qlobal miqyasda siqaret çəkənlərin sayı azalmağa doğru gedir. Məsələn, 2022-ci ildə dünya üzrə yetkinlərin təxminən 20%-i tütün məhsullarından istifadə edirdi, halbuki 2000-ci ildə bu göstərici 33% idi.

Çin çünyada ən çox siqaret istifadəçisi olan ölkədir. Təxminən 300 milyon çinli siqaret çəkir və bu, dünya üzrə siqaret çəkənlərin təxminən 23%-ni təşkil edir. Hindistan 130 milyon siqaret istifadəçisi ilə ikinci yerdədir. Həmçinin, Hindistanda 267 milyon insan tütün məhsullarından istifadə edir ki, bu da ölkə əhalisinin 29%-ni təşkil edir. Avropa və Asiyada gündəlik siqaret istifadə nisbəti yüksəkdir. Əksər ölkələrdə əhalinin 20%-dən çoxu gündəlik siqaret çəkir.

Dünyada təxminən 37 milyon 13–15 yaş arası uşaq və yeniyetmə tütün məhsullarından istifadə edir. Ənənəvi siqaretlərlə yanaşı, elektron siqaretlər də uşaq və gənclər arasında geniş istifadə edilir. geniş yayılmışdır. Avropa ölkələrində 15 yaşlı yeniyetmələrin 20%-i elektron siqaret istifadəçisidir. Azərbaycan əhalisinin təxminən 35,5%-i siqaret çəkir. Kişilər arasında siqaret çəkmə nisbəti təxminən 36%, qadınlar arasında isə 1%-dən azdır.

Tütün istifadəsi hər il dünya iqtisadiyyatına səhiyyə xərcləri və məhsuldarlıq itkisi səbəbindən 2 trilyon dollar dəyərində zərər vurur. Siqaret çəkən isanlarda yaranan xəstəliklərin müalicəsi dövlət və fərdi səviyyədə böyük maliyyə deməkdir. Ağciyər xərçəngi, ürək-damar xəstəlikləri və xroniki tənəffüs xəstəliklərinin müalicəsi üçün böyük məbləğlər tələb olunur. Bundan əlavə, gündə 2 qutu siqaret çəkən insnalar ay ərzində siqaretə çox pul sərf edirlər ki, bu da şəxsi büdcəyə faydalı deyil.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see351

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see170

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see169

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see168

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see156

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see135

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see134

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see131

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see130

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see125

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see123

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see122

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see121

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see121

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri