Icma.az
close
up
RU
Oturaq həyat və trans yağlar gənclərin həyatını bitirir Professor

Oturaq həyat və trans yağlar gənclərin həyatını bitirir Professor

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Adil Qeybulla: “Qəfil ölümlərin səbəbi vaksində deyil, həyat tərzindədir”


Son dövrlərdə qəfil ölüm hallarının artması cəmiyyətdə narahatlıq yaradıb. Xüsusilə gənc və orta yaşlı şəxslər arasında baş verən ürək tutmaları və gözlənilməz ölüm hallarının artması bir sıra vətəndaşlarda COVID-19 peyvəndi ilə bağlı şübhələr yaradıb. İnsanlar peyvəndin bu qəfil ölümlərə səbəb olduğunu düşünür.


Qeyd edək ki, Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin müəllimi vəfat edib. 1984-cü il təvəllüdlü musiqi müəllimi Günel Hüseynova iş başında olarkən qəfil halı pisləşib. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Xaçmaz şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Elnarə Ərəstun qızı Hümmətova isə öz yaşadığı ünvanda qəfil ürəktutması nəticəsində həyatını itirib. 


Professor Adil Qeybulla isə hesab edir ki,  qəfləti ölümlərin müxtəlif səbəbləri ola bilər. O, Sherg.az-a açıqlamasında bildirib ki, bəzi gənclərdə laxtalanma sistemində problemlər olur, aşağı ətrafların dərin venalarında üzən tromblar formalaşır. Bu cür tromblar asanlıqla qoparaq trombemboliya yarada və qəfil ölümə səbəb ola bilər: 


“Digər səbəblərdən biri də koronar spazmlardır. Bəzən ürək arteriyalarında selektiv spazmlar baş verir ki, bu da infarkta və nəticə etibarilə ölümə gətirib çıxara bilər. Çünki gənc insanların ürəyi bu tip streslərə hazır olmur. Onların ürək kolateral sistemi hələ tam inkişaf etmədiyi üçün əsas arteriyalardan asılılıq yüksəkdir və bu arteriyalarda baş verən təlatümlər çox vaxt fatal nəticə verir.

Eyni zamanda ürək ritm pozuntuları da qəfil ölüm hallarına səbəb ola bilər. Buna görə də mütəmadi “check-up” müayinələri olduqca vacibdir. Təəssüf ki, insanlar zamanında həkim müayinəsindən keçmirlər. Bəzi insanlar yanlış olaraq elə düşünür ki, COVID-19 vaksini qəfil ölüm sayının artmasına səbəb olur . Halbuki ölkəmizdə insanların qəfil ölüm səbəbi əsasən onların həyat tərzi ilə bağlıdır”. 


Koronavirus peyvəndi ilə bağlı səsləndirilən iddiaların absurd olduğunu vurğulayan həkim qeyd edib ki, peyvənd qoruma xarakteri daşıyır: 

“Dediyim kimi ürək-damar sistemindəki xəstəliklərə və qəfil ölüm hallarına, bunun səbəbləri hərəkətsizlik, oturaq həyat tərzi, trans yağların istifadəsi, şirniyyatlardan çox istifadədir. Hansı ki, bu sadaladıqlarım qanda xalestrinin yüksək olmasına gətirib çıxarır. Bu da öz növbəsində ürək-damra sistemini zədələyir. Ona görə də ürək-damar xəstəliklərinin səbəbini peyvəndlərdə axtarmaq doğru deyil. Koronavirus peyvəndinin ürək-damar sistemini zədələməsi ilə bağlı elmi araşdırma olmadığı kimi, zədələmədiyi haqda da məlumat yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri