Icma.az
close
up
RU
Oturaq həyat gizli epidemiya

Oturaq həyat gizli epidemiya

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Hərəkət isə ruhi-fiziki sağlamlıq qaynağıdır

Müasir dövrdə bir çox sahədə iş şəraitinin rəqəmsallaşması insanları daha az hərəkət etməyə, günün çox hissəsini oturaq vəziyyətdə keçirməyə yönləndirib. Saatlarla monitor qarşısında işləmək və asudə vaxtı smartfona ayırmaq, ilk baxışda rahatlıq kimi görünsə də, zamanla həm peşəkar fəaliyyətin səmərəliliyinə, həm də fiziki və psixoloji sağlamlığa zəncirvari təsir göstərərək müxtəlif problemlərə yol açır. Müasir tibbin "gizli epidemiya" adlandırdığı bu vəziyyət insan sağlamlığı üçün böyük təhlükə mənbəyidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 4 nəfərdən biri, təxminən 1,4 milyard insan kifayət qədər hərəkət etmir. Mütəxəssislər bu vəziyyəti "yeni siqaret çəkmə sindromu" kimi dəyərləndirirlər, çünki hər il dünyada 5 milyona yaxın insan hərəkətsizliyin səbəb olduğu xroniki xəstəliklərdən həyatını itirir. Hazırda qlobal miqyasda ürək-damar xəstəliklərindən ölüm halları ümumi göstəricilərin 30 faizini təşkil edir. Eyni zamanda, 2-ci tip şəkərli diabet hallarının 7-8, döş və yoğun bağırsaq xərçəngi diaqnozlarının isə 10 faizə yaxını birbaşa passiv həyat tərzi ilə bağlıdır.

Elmi tədqiqatlar hərəkətsizliyin yalnız bədən quruluşuna deyil, hüceyrə səviyyəsində sağlamlığa da zərər verdiyini sübut edir. Araşdırmalar göstərir ki, oturaq həyat tərzi DNT-ni qoruyan telomerlərin sürətlə qısalmasına səbəb olaraq orqanizmin bioloji yaşını artırır. Həmçinin uzunmüddətli hərəkətsizlik beynin yaddaş və öyrənmə mərkəzi olan hipokamp nahiyəsində struktur dəyişikliklərlə koqnitiv funksiyaları zəiflədir, damar elastikliyini azaldır və qlükozanın parçalanma qabiliyyətini yüksək dərəcədə aşağı salır.

Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik. Həkim-terapevt Nübar Xəlilova bildirdi ki, oturaq həyat tərzi orqanizmi səssiz şəkildə məhv edir. Onun ən geniş yayılan fəsadı maddələr mübadiləsinin, yəni metabolizmin kəskin şəkildə zəifləməsidir:

– Hərəkətsizliyin uzun müddət davam etməsi əzələlərin fəaliyyətini, qanda şəkər və piylərin parçalanmasında iştirak edən fermentlərin aktivliyini zəiflədir. Nəticədə qəbul edilən kalorilər enerji kimi istifadə olunmaq əvəzinə piy ehtiyatı şəklində toplanır və çəki artımı ilə nəticələnir. Problem yalnız piylənmə ilə məhdudlaşmır. Hüceyrələrin insulinə həssaslığı azalır və bu da zamanla II tip şəkərli diabetin inkişafına yol açır.

Eyni zamanda, qan dövranının zəifləməsi damarlarda xolesterinin toplanmasına və arterial təzyiqin yüksəlməsinə zəmin yaradır. Hərəkətsizlik ürək-damar sisteminin ən böyük düşmənidir. Oturan zaman qan dövranı yavaşıyır, əzələlər daha az oksigen tələb edir və ürək öz tonusunu itirməyə başlayır. Damarlarda qanın sürəti azaldıqca, xüsusilə aşağı ətraflarda qan göllənməsi baş verir ki, bu da varikoz genişlənmələrinə və daha da pisi, damardaxili laxtalanmaya (tromboza) zəmin yaradır. Zamanla damarların elastikliyi itir, xolesterin lövhələrinin yığılması sürətlənir və bu qaçılmaz proses yüksək qan təzyiqi, infarkt və insult kimi ölümcül təhlükələri artırır.

Hərəkətsizliyin orqanizmə təsirlərindən danışan həkim qeyd etdi ki, bu vəziyyət dayaq-hərəkət sistemində ciddi fəsadlara səbəb olur:

– Oturaqlıq bədənimizin dayaq-hərəkət sistemində də dərin izlər qoyur.

Saatlarla eyni vəziyyətdə oturmaq onurğa sütununa, xüsusən də bel və boyun nahiyəsinə qeyri-bərabər mexaniki təzyiq göstərir. Bu vəziyyət zaman keçdikcə duruş pozğunluqlarına, fəqərəarası yırtıqlara və xroniki ağrılara çevrilir. Hərəkətsiz qalan əzələlər elastikliyini və tonusunu itirərək atrofiyaya uğrayır, oynaqlar isə təbii yağlanmasını itirərək erkən yaşlanma və duzlaşma prosesinə məruz qalır. Hətta sümüklərin mineral sıxlığı azalır və bu, gələcəkdə sümük əriməsi kimi tanınan osteoporoz təhlükəsinə yol açır.

Bədənimizdəki fiziki geriləmə insanın psixi sağlamlığına və emosional durumuna da birbaşa təsir göstərir. Hərəkətsiz qaldıqda beyində ifraz olunan xoşbəxtlik hormonları endorfin, serotonin və dopaminin səviyyəsi minimuma enir. Bu isə insanda xroniki yorğunluq, apatiya, yuxu pozğunluğu, gərginlik və depressiyaya meyillilik yaradır. Beyin qan dövranının zəifləməsi həm də diqqət dağınıqlılığına və zehni məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Bu vərdişin mənfi təsirlərindən qorunmaq üçün gün ərzində hər 30–60 dəqiqədən bir qısa fasilə vermək, ayağa qalxaraq bir neçə dəqiqə hərəkət etmək, piyada gəzintilərə zaman ayırmaq və müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirmək vacibdir.

Klinik psixoloq Elvira Tağıyeva isə bildirdi ki, müasir dövrdə sağlam həyat tərzini və psixoloji rifahı qorumaq üçün rəqəmsal balansa riayət etmək şərtdir:

– Müasir dövrdə insanların qarşılaşdıqları əsas psixoloji problemlər hərəkətsizlik və rəqəmsal cihazlara həddindən artıq bağlılıqdır. Bu iki amil birləşərək zehni gərginlik və daxili narahatlıq yaradır. Ümumiyyətlə, psixoloji sağlamlıq insanın rifahının ayrılmaz hissəsidir. Lakin daimi stres, gərgin iş rejimi, emosiyaların daxildə saxlanılması və istirahətə vaxt ayırmamaq zamanla yorğunluq və tükənməyə səbəb olur. Bu problemlərin qarşısını almaq üçün gündəlik istirahətə və şəxsi maraqlara vaxt ayırmaq sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Sağlam həyat tərzinin vacib faktorlarından biri də keyfiyyətli yuxudur. Kifayət qədər yuxu diqqətin, yaddaşın və emosional sabitliyin qorunmasına kömək edir. Eyni zamanda müntəzəm fiziki aktivlik orqanizimdə xoş əhval yaradan hormonların ifrazını artırır, gərginliyi azaldır və insanın özünü daha enerjili hiss etməsinə səbəb olur. Qidalanma da psixoloji vəziyyətə təsir edən amillərdəndir. Balanslı və faydalı qidalanmaq, kifayət qədər su içmək, zərərli vərdişlərdən uzaq durmaq həm bədənin, həm də beynin sağlam fəaliyyətini dəstəkləyir.

Mütəxəssis qeyd etdi ki, texnoloji asılılığı tənzimləmək, “ekran vaxtı”nı məhdudlaşdırmaq və canlı fəaliyyətə üstünlük vermək psixoloji sağlamlığın qorunması üçün zəruridir:

– Müasir texnologiyalar həyatımızı asanlaşdırsa da, onların nəzarətsiz istifadəsi narahatlıq, diqqət dağınıqlılığı və emosional yorğunluq yaradır. Sosial şəbəkələrdə daim aktiv olmaq, informasiya bolluğu və başqaları ilə özünü müqayisə etmək stressi artırır. Xüsusilə yatmazdan əvvəl elektron cihazlara baxmaq yuxu keyfiyyətini aşağı salır. Buna görə də gün ərzində rəqəmsal cihazlardan istifadəyə fasilələr vermək, ekran vaxtını azaltmaq, təbiətdə vaxt keçirmək lazımdır. Digər vacib məqamlardan biri də sosial münasibətlərdir. Sağlam münasibətlər insanın emosional dayağıdır. Bu səbəbdən ailə üzvləri və dostlarla canlı ünsiyyətə zaman ayırmaq psixoloji sağlamlığın qorunması üçün vacibdir.

Mütəxəssislərin də fikirlərindən göründüyü kimi, oturaq həyat tərzi təkcə fiziki deyil, həm də zehni sağlamlığımız üçün təhlükəlidir. Bədənimizin hərəkətə ehtiyacı var və bunu gözardı etmək uzunmüddətli xroniki xəstəliklərə yol açır. Sağlam və uzunömürlü yaşamaq, eləcə də psixoloji rifahımızı qorumaq üçün hərəkəti həyatımızın bir parçasına çevirmək və özümüzə vaxt ayırmaq ən doğru seçimdir. Bu yerdə bir xalq məsəli də yada düşür: “Sakit oturmaqdansa, düşməninə daş daşı”. Əlbəttə, söhbət düşmənə nökərçilikdən deyil, sağlamlığın düşməni olan fəaliyyətsizliyə düşmən kəsilməkdən gedir.

Elenora HƏSƏNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri