Icma.az
close
up
RU
Oveçkin axır ki qol vurdu

Oveçkin axır ki qol vurdu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

MHL-də növbəti oyunlarla bağlı bəzi maraqlı məqamlar var. Amma əvvəlcə Milad bayramı ərəfəsində, yəni dekabrın 24-də keçirilən “Edmonton” – “Kalqari” (5:1) oyununa qayıdaq.

"Football-plus.az" xəbər verir ki, meydan sahiblərinin hücumçusu Konnor Makdevid MHL tarixinə son 30 ildə Milad fasiləsinə qədər 67 xal toplamağı bacaran ilk oyunçu kimi düşdü. 28 yaşlı kanadalı bu oyunda 5 məhsuldar ötürmə verdi. Bununla da 2025/26 mövsümündə xal sayını 67-yə (23+44) çatdırdı. Sonuncu dəfə bunu 1995/96 mövsümündə “Pittsburq”un hücumçuları Mario Lemye (76 xal) və Yaromir Yaqr (68 xal) bacarmışdı.
“Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin isə dünən uzunmüddətli qolsuz seriyaya son qoydu. 40 yaşlı forvard “Nyu-Cersi” ilə səfər oyununda 3-cü periodun 10-cu dəqiqəsində fərqlənməklə hesabı bərabərləşdirdi (3:3). Buna qədər sonuncu dəfə dekabrın 4-də - “Anahaym”la oyunda fərqlənən Oveçkin 9 oyunluq qolsuz seriyanı bitirdi. O, bu oyunda qolla yanaşı, məhsuldar ötürmə ilə də yadda qaldı.
MHL-in mətbuat xidmətinin yaydığı məlumata görə, rusiyalı hokkeyçi indiyə qədər “Nyu-Cersi”yə qarşı keçirdiyi 80 oyunda 91 (43+48) xal toplayıb. Oveçkin indiyə qədər “Karolina”, “Vinnipeq”, “Tampa-Bey” və “Florida” ilə oyunlarda da ən azı 90 xal toplayıb. Cari mövsümdə onun hesabında 38 oyunda 33 (15+18) xal var.
“Florida” – “Tampa-Bey” oyununda inanılmaz hadisələr baş verdi. Belə ki, bu iki komandanın oyunçuları birlikdə 136 cərimə dəqiqəsi qazandı. 2-ci periodun sonunda yaşanan kütləvi davaya görə hakimlər eyni zamanda “Tampa-Bey”in 5, “Florida”nın 4 oyunçusunu meydandan qovdu. Kütləvi cəza üzündən cərimə boksu doldu və belədə “Tampa-Bey”in oyunçularından birinə oturmağa yer tapılmadı, ayaqüstə qaldı.
Ümumiyyətlə, bu oyundakı dava-dalaşa görə “Florida”nın oyunçuları 49, “Tampa-Bey”in oyunçuları 87 cərimə dəqiqəsi qazandı.
28 dekabr
Aylenders – Reyncers 2:0 (1:0, 0:0, 1:0)
Baffalo – Boston 4:1 (0:1, 3:0, 1:0)
Vinnipeq – Minnesota 3:4 OT (1:1, 2:1, 0:1, 0:1)
Karolina – Detroyt 5:2 (0:1, 3:0, 2:1)
Nyu-Cersi – Vaşinqton 3:4 OT (0:1, 1:1, 2:1, 0:1)
Toronto – Ottava 7:5 (2:1, 3:1, 2:3)
Florida – Tampa-Bey 2:4 (1:2, 1:1, 0:1)
Dallas – Çikaqo 3:4 B (1:1, 1:1, 1:1, 0:0)
Sent-Luis – Neşvill 3:2 (2:1, 0:0, 1:1)
Los-Anceles – Anahaym 6:1 (4:0, 0:1, 2:0)
Vankuver – San-Xose 3:6 (1:2, 0:1, 2:3)
Veqas – Kolorado 5:6 B (1:0, 3:2, 1:3, 0:0)
Kalqari – Edmonton 3:2 (1:1, 1:0, 1:1)
29 dekabr
Detroyt – Toronto 3:2 OT (0:0, 1:1, 1:1, 1:0)
Kolambus – Aylenders 4:2 (1:1, 0:1, 3:0)
Tampa-Bey – Monreal 5:4 B (0:0, 3:0, 1:4, 0:0)
Çikaqo – Pittsburq 3:7 (0:4, 2:3, 1:0)
Sietl – Filadelfiya 4:1 (0:0, 1:0, 3:1)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see378

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see370

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see361

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see358

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see349

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see308

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see278

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see274

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see265

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see260

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see242

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see239

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see236

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see236

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see222

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see222

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see208

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see206

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri