Overçuk: İrəvan Aİ üzvü olsa, Rusiya təyyarələri hara uçacaq?
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ehtiyat edir ki, Ermənistanın dərinləşən Avropaya inteqrasiyası Avropa İttifaqının, əvvəllər etdiyi kimi, onun hava məkanını Rusiya təyyarələri üçün bağlaya bilər.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O bildirib: "Baxın, hazırda Avropa İttifaqı ilə heç bir hava əlaqəmiz yoxdur. Avropa İttifaqı səmalarını Rusiya təyyarələrinin üzünə bağlayıb. Ermənistan da səmalarını bağlayacaqmı? Əgər siz Aİ-yə daxil olarsınızsa, bəli, çünki Brüssel sizə "səmanı bağla" deyəcək, sən də səmanı bağlayacaqsan, başqa çarənin qalmayacaq. Bəs necə?!"
Baş nazirin müavini mümkün məhdudiyyətin əhəmiyyətli sayda uçuşlara təsir edəcəyini və yükdaşıma sisteminin də pozula biləcəyinə diqqət çəkdirib:
"Həftədə yüzlərlə reys hara istiqamətlənəcək? Əlbəttə, Tbilisidən keçəcəklər. Sərhəddə eyni şey: erməni yük maşını Verxniy Larsa çatacaq, sonra yük Belarus və ya Rusiyanın yük maşınına birləşdiriləcək, o da yükü Rusiyaya aparacaq, erməni sürücü isə Ermənistana qayıdacaq. Bu, həqiqətən də ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 İyun 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















