İrəvan yaxşı hesab edərsə, Aİ yə qoşulsun Overçuk
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
"Ermənistan AİB-dən daha yaxşı hesab edərsə, Aİ-yə qoşula bilər, lakin bu, Rusiyanın hesabına baş verməyəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Biz ermənilərin özləri üçün ən yaxşı hesab etdikləri şeyin tərəfdarıyıq.Əgər onlar Avropa Birliyində daha rahat və daha yaxşı yaşayacaqlarına inanırlarsa, əlbəttə ki, ora gedə bilərlər" , - o, izah edib.
Eyni zamanda, Overçuk Ermənistanın istəsə belə bir seçim edə biləcəyini, lakin bunun Rusiyanın hesabına baş verməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi (AİB) 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















