Icma.az
close
up
RU
“Övladın rusca oxusun, utanmayıb deyəsən ki, azərbaycanca başa düşmürük”

“Övladın rusca oxusun, utanmayıb deyəsən ki, azərbaycanca başa düşmürük”

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

“Nə qədər cahil olasan ki, deyəsən, övladım rus bölməsində təhsil alır, Azərbaycan tarixi niyə rusca keçirilmir?! Axı uşaq onu başa düşmür”.

Manset.az  xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru, naşir Şəmil Sadıqov Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Alimin sözlərinə görə, bir valideyn Elm və Təhsil Nazirliyini bununla əlaqədar məhkəməyə verib: “Deyirlər, bir ağıllı valideyn nazirliyi məhkəməyə verib ki, niyə Azərbaycan tarixi rus bölməsində Azərbaycan dilində keçirilir? Buna görə övladımın balı aşağı olacaq! Adam bilmir, gülsün, yoxsa ağlasın! 

Birinci, bunu deyən və ya edən valideynin milli kimliyi araşdırılmalı, sonra da onu əqli problemi və məntiqi düşünmə qabiliyyəti həkim yoxlanışından keçirilməlidir.

Sən Azərbaycan vətəndaşı olasan, övladına dövlət büdcəsi ilə başqa dildə tədris imkanı yaradılsın, hələ utanmayasan, deyəsən ki, biz Azərbaycan dilini başa düşmürük. Bu şəxs elə ailəsi ilə birgə ölkədən sürgün edilməlidir. Hər bir ölkənin vətəndaşı qarşısında birinci şərti dövlətin rəsmi dilini bilməkdir. Dövlət dilini bilməyənin bu ölkədə nə işi var?!”

Şəmil Sadıqov əlavə edib ki, təhsil haqqında qanunda istənilən beynəlxalq məktəbdə Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasının dövlət dilində olması əks olunub: “Çox təəssüflər olsun ki, uzun illərdir, elə dövlət təhsil proqramlarımız buna cavab verməyib. Yaxın keçmişdə, Elm və Təhsil Nazirliyi ciddi bir addım atıb - Rus bölmələrində Azərbaycan dilinin saatları 2 saatdan, 3 saata qaldırıldı, Azərbaycan tarixinin Azərbaycan dilində keçirilməsi qərarı verildi. Bu, 30 ildən sonra verilən, çox möhtəşəm və ciddi addım idi. Ümid edirəm ki, zaman-zaman ardı gələcək, Azərbaycan dilindəki saatlar ən azı Azərbaycan bölməsinin saatı qədər, 6-9 saata qədər qaldırılmalıdır. Amma ən vacib olan addım odur ki, dövlət büdcəsi hesabına həyata keçirilən rus bölməsi bağlansın!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 25 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri