Icma.az
close
up
RU
Bəlkə də övladın qatil olacaq?

Bəlkə də övladın qatil olacaq?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qan Turalı yazır...

"Adolescence" (Keçid dövrü) serialı son dövrlərdə getdikcə kommersiyalaşan və bu kontekstdə zəifməzmunlu filmlər yayımlamağa başlayan "Netflix" üçün əhəmiyyətli bir yenilik və keyfiyyətcə sıçrayışdır.

Bir incəsənət əsərini təyin edən nədir? Bu sual mürəkkəb sualdır və tarix boyunca istər incəsənət xadimləri istərsə də nəzəriyyəçiləri bu sala cavab axtarıblar. Fikrimcə, burda bir çox cəhətdən danışmaq olar, ancaq mənim üçün bir incəsənət əsərinin ən ümdə xüsusiyyətlərindən birincisi onun insanları düşündürməsidir. Ali dərəcəli incəsənət nümunələri insanları fəlsəfi suallar əsasında düşündürür, onlara yeni yanaşma, yeni baxış bucağı bəxş edir.

"Keçid dövr"ündə də bu var. Yeniyetmə məktəb yoldaşını öldürür. Bu elə ilk dəqiqədən üzə çıxır. Belə ki, film onun həbs edilməsi ilə başlayır. Onlarla polis evi mühasirəyə alıb qapını qırır, evə girib yeniyetməni həbs edirlər. Bəs sakit, adi, ailəcanlı bir ustanın, qayğıkeş bir ananın belə bir övladı necə olur? Filmin qoyduğu suallardan biri də heç şübhəsiz ki, budur.

Uşağın saxlanılması əməliyyatını icra edən polisin də uşağı ilə bağlı sualları var. Onun oğlu da qatil yeniyetmə ilə yeni məktəbdə oxuyur. Və film dəhşətli bir həqiqəti üzümüzə çırpır. O göstərir ki, polisin də uşağından xəbəri yoxdur. O da uşağının dilini bilmir. Onun dünyasından xəbəri yoxdur.

Bəli, atalar və oğullar problemi bəşəriyyətin özü qədər qədim və mürəkkəb problemdir. Ancaq film dövrümüzlə bağlı bir həqiqəti dilə gətirir. İnformasiya texnologiyalarının inkişafı ilə atalar və oğullar problemi son dərəcə dərinləşib. Əvvəl evlərdə bir ekran yəni bir televizor olurdu, hamı ona baxırdı. İndi isə hamının öz ekranı, öz televizoru - telefonu var. Hamı öz dünyasında yaşayır.

Uşağın atası filmin əvvəlindən sonuna qədər bir suala cavab axtarır: Axı mənim sakit, mədəni, ağıllı övladım necə qatil ola bilər? Onunla birgə tamaşaçı da bu axtarışa qoşulur. Adətən, filmlər qurbanın gözündən çəkilir. Ancaq bu dəfə diqqət mərkəzində qatildir. Onun gözündən filmə baxırıq. Məqsədyönlü şəkildə qurban, onun ailəsi göstərilmir. Onların hansı hisslər keçirdiyini bilmirik. Əslinə qalsa, buna heç ehtiyac da yoxdur. Qurbanın hisslərini təsəvvür etmək, özünü onun yerinə qoymaq, onunla empatiya yaratmaq asandır. Çətini qatilin baxış tərzidir. İncəsənət də bunun üçün var. Eləcə də fəlsəfə, psixologiya...

Qatil yeniyetmənin atası filmin son səhnəsində həyat yoldaşına belə deyir: "O öz otağına girirdi, biz bilmirdik o nə işlə məşğuldur". Məsələ ondadır ki, yeniyetmə insel cərəyanının təsiri altına düşmüşdü. Antifeminist bir hərəkat olan insellik ABŞ-də eləcə də digər ölkələrdə geniş yayılıb. Bu cərəyanın üzvləri qadınlara qarşı nifrəti təbliğ edirlər. Qadınlarla münasibət qurmaqda çətinlik çəkən insanları birləşdirən bu təmayül qətl də daxil olmaqla hər cür zorakılığı mübarizə kimi seçirlər. Nə atanın, nə də ananın bundan xəbəri var...

Ata hələ də vəziyyəti başa düşmür. Uşaqlarının tələbatlarını ödəmək üçün gec saatlara qədər işlədiyini deyir. Ancaq səbəblərdən biri də budur. Uşağa kifayət qədər zaman ayırmamaq... Onu tək qoymaq... Onunla ünsiyyət qura bilməmək... Uşaq da internetdə antihumanist cərəyanların təsiri altına düşür.

Serial bir həqiqəti gözümüzün içinə baxaraq bizə çatdırır: Qatil aramızdadır. O sən də ola bilərsən, sənin övladın da. Hər bir valideyn bu filmə baxmalıdır. Mütləq baxmalıdır. Övladını anlamaq üçün baxmalıdır. Onu qorumaq üçün baxmalıdır. Eləcə də başqa uşaqları qorumaq üçün...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri