Icma.az
close
up
RU
Azərbaycan vətəndaşı olasan, utanmadan deyəsən ki, Azərbaycan dilini başa düşmürük

Azərbaycan vətəndaşı olasan, utanmadan deyəsən ki, Azərbaycan dilini başa düşmürük

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Nə qədər cahil olasan ki, deyəsən, övladım rus bölməsində təhsil alır, Azərbaycan tarixi niyə rusca keçirilmir?! Axı uşaq onu başa düşmür”.

Qaynarinfo xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru, naşir Şəmil Sadıqov Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Alimin sözlərinə görə, bir valideyn Elm və Təhsil Nazirliyini bununla əlaqədar məhkəməyə verib: 

"Deyirlər, bir ağıllı valideyn nazirliyi məhkəməyə verib ki, niyə Azərbaycan tarixi rus bölməsində Azərbaycan dilində keçirilir? Buna görə övladımın balı aşağı olacaq! Adam bilmir, gülsün, yoxsa ağlasın! 

Birinci, bunu deyən və ya edən valideynin milli kimliyi araşdırılmalı, sonra da onu əqli problemi və məntiqi düşünmə qabiliyyəti həkim yoxlanışından keçirilməlidir.

Sən Azərbaycan vətəndaşı olasan, övladına dövlət büdcəsi ilə başqa dildə tədris imkanı yaradılsın, hələ utanmayasan, deyəsən ki, biz Azərbaycan dilini başa düşmürük. Bu şəxs elə ailəsi ilə birgə ölkədən sürgün edilməlidir. Hər bir ölkənin vətəndaşı qarşısında birinci şərti dövlətin rəsmi dilini bilməkdir. Dövlət dilini bilməyənin bu ölkədə nə işi var?!”

Şəmil Sadıqov əlavə edib ki, təhsil haqqında qanunda istənilən beynəlxalq məktəbdə Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasının dövlət dilində olması əks olunub: "Çox təəssüflər olsun ki, uzun illərdir, elə dövlət təhsil proqramlarımız buna cavab verməyib. Yaxın keçmişdə, Elm və Təhsil Nazirliyi ciddi bir addım atıb - Rus bölmələrində Azərbaycan dilinin saatları 2 saatdan, 3 saata qaldırıldı, Azərbaycan tarixinin Azərbaycan dilində keçirilməsi qərarı verildi. Bu, 30 ildən sonra verilən, çox möhtəşəm və ciddi addım idi. Ümid edirəm ki, zaman-zaman ardı gələcək, Azərbaycan dilindəki saatlar ən azı Azərbaycan bölməsinin saatı qədər, 6-9 saata qədər qaldırılmalıdır. Amma ən vacib olan addım odur ki, dövlət büdcəsi hesabına həyata keçirilən rus bölməsi bağlansın!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Yanvar 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri