Icma.az
close
up
RU
Övladınızın zehnini inkişaf etdirmək üçün 7 ÜSUL

Övladınızın zehnini inkişaf etdirmək üçün 7 ÜSUL

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Övladınızın yenilik axtarışında olduğunun, çoxlu suallar verdiyinin, hər gördüyü ilə maraqlandığının şahidi olursunuz.

Bu zaman sizin öhdənizə düşən övladınızın bu marağını yeni biliklər verməklə qarşılamağa çalışmaqdır. Bu dövrdə uşaqların beyni yeniliklər öyrənməyə açıq olur ki, siz də bu işdə  övladınıza dəstək olmağa çalışın. Bunun üçün Sizə aşağıdakı 7 üsulu təqdim edirik.

1. Övladınızın verdiyi sualları cavabsız qoymayın. Yeni biliklər, məlumatlar ötürərək zehni inkişafına kömək olun. Suallarını cavablandırarkən övladınızın yaşını nəzərə alaraq bu məlumatın onun üçün anlaşıqlı olmasını təmin edin.

2. Rəsm üzərində iş. Övladınıza iki rəsm təqdim edərək oradakı fərqlilikləri tapması təlimatını verin.  Məsələn, bir birinə çox bənəzəyən, xırda detalları fərqlənən; iki rəsm – bir rəsmdə digərinkindən əlavə bir neçə fərqli əşyaların olması və s. Bu kimi tapşırıqlar uşaqlarda diqqətin inkişafına kömək edər.

3. Yaşına uyğun hər hansı bir rəsmi təqdim edərək bu rəsm üzərindən hekayələr qurmasını istəyin. Danışdığı hekayədə obrazlara, təqdim etdiyi davranışlara diqqət edin. Bu, övladınız haqqında  bir çox məlumatları öyrənmənizə kömək olar.  Bu kimi tapşırıqlar övladınızın təxəyyülünün, təfəkkürün, nitqinin inkişafına təkan verər.

4. Hər hansı bir obrazı söz vasitəsilə təsvir edərək onun rəsmini çəkməsi təlimatını verin. Bu övladınızın təxəyyülünün, hafizəsinin, təfəkkürünün, beyin fəaliyyətinin inkişafı üçün önəmlidir. Bitiridikdən sonra hansı detalları unutduğuna diqqət edin. Bunu bir neçə dəfə təkrarlaya bilərsiniz. Bunu oyun xarakterli etməniz övladınıza xoş təsir bağışlayar.

5. Təqdim etdiyiniz rəsmdə əksik olan detalları taparaq tamamlamasını bildirin. Bu zaman övladınızda diqqətin inkişafı, yaradıcı düşünməsi, təfəkkürün inkişafı ön planda olur.

6. Oyun şəklində diqqətin inkişafı. Övladınızın otağa diqqətlə baxmasını istəyin. Daha sonra otaqdan çıxararaq bir neçə əşyanın yerini dəyişin. Daha sonra isə övladınızdan hansı əşyaların yerinin dəyişdiyini tapmasını və yerinə qoymasını istəyin.

7. Kitab oxumaq lap kiçik yaşlardan önəmlidir. İstər sizin övladınıza kitab oxumanız, istərsə də onun özünün oxuması psixoloji proseslərin inkişafında əhəmiyyətli təsirini göstərir.  Hər hansı bir mətni oxuduqdan sonra sizə danışmasını istəyə bilərsiniz. Bu zaman övladınızda görmə yaddaşının inkişafına dəstək vemiş olursunuz. Siz mətni danışaraq onun yadında qalmasını və sizə danışmasını təmin etdiyiniz zaman isə (eşidərək yadda saxlaması) eşitmə yaddaşının inkişafına kömək edər.

Valideyn.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri